Mingəçevir sakinlərindən "Azəriqaz"a MÜRACİƏT
07 iyun 2023 17:43 (UTC +04:00)

Mingəçevir sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

Mingəçevir şəhərində keçirilən "Açıq mikrofon" aksiyasında 15-ə yaxın sakin iştirak edib.

Lent.az xəbər verir ki, aksiyanı giriş sözü ilə Tərtər RQİİ-nin rəisi açıb.

Daha sonra mikrofon önünə keçən sakinlər müraciətlərini səsləndiriblər. Görüş zamanı uçotu pozulmuş təbii qaz sərfiyyatının silinməsi, qapı keçidinin quraşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi, küçə qaz xəttinin çəkilməsi və istehlak olunan təbii qaza görə yaranan borcun ödənilməsində güzəşt olunması ilə bağlı müraciətlər ünvanlanıb. Səsləndirilən hər bir müraciət Tərtər RQİİ-nin rəhbər şəxsləri tərəfindən cavablandırılaraq araşdırılması üçün müvafiq tapşırıqlar verilib.

# 1329
avatar

Fidan İlqar

Oxşar yazılar