Bu gün Rusiyanın 4 milyarderi ümumilikdə 2 milyard dollardan çox vəsait itirib.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bunlar Oleq Tinkov, Leonid Mixelson, Gennadi Timçenko və Süleyman Kərimovdur.
Onların kapitallarının azalmasına səbəb isə Rusiya fond birjasında qiymətli kağızların dəyərdən düşməsi olub.
Təkcə Süleyman Kərimovun ailəsi 795 milyon dollar itirib.