Ev almaq istəyənlərinə nəzərinə - cəmi 15.655 manat ilkin ödənişlə 3 otaq studiya mənzillər
24 may 2024 15:03 (UTC +04:00)

Ev almaq istəyənlərinə nəzərinə - cəmi 15.655 manat ilkin ödənişlə 3 otaq studiya mənzillər

“Kristal Abşeron” ipoteka ilə mənzil almaq istəyənləri sevindirən xəbər açıqlayıb. Şirkətin verdiyi məlumata görə hazırda “Park Yasamal” yaşayış kompleksində cəmi 15.655 manat ilkin ödəniş etməklə 3 otaqlı studiya mənzilə sahib olmaq mümkündür. Sərfəli ipoteka şərtləri ilə geniş ev almaq arzusunda olanlar üçün bu təklif əsl fürsətdir.

“Park Yasamal” yaşayış kompleksinin tək üstünlüyü sərfəli qiyməti deyil. Belə ki, layihənin hər bir detalında sakinlərin rahatlığı düşünülüb. Kompleks Yasamal rayonunda 3 saylı “ASAN xidmət” mərkəzi, Xarici dairəvi yol və Bayraq parkı yaxınlığında yerləşir. Bu da sakinlərə şəhərin müxtəlif istiqamətlərinə rahat və qısa müddətdə çatmaq imkanı yaradır.

Kompleksin üstünlükləri onun daxilində də davam edir. Burada geniş və yaşıl həyət, müxtəlif təyinatlı ticarət obyektləri, istirahət zonaları, uşaqlar üçün oyun meydançaları, klinika, məktəb, bağça və fitnes mərkəzi hər yaş qrupuna aid sakinlərin rahatlığına uyğundur.

Sakinlər üçün mənzil daxilindəki rahatlığın önəmini unutmayan “Kristal Abşeron” digər şəhər layihələrində də olduğu kimi “Park Yasamal”da da bütün mənzilləri beynəlxalq standartlara cavab verən Avropa brendləri ilə təmir edir. Mənzillərin təmirində Almaniya istehsalı "Grohe" və "Hansgrohe" hamam aksesuarları, Amerika markası "Guardian Glass" pəncərə şüşələri, İtaliya markası "Prysmian" yanmayan kabelləri, Kanada markası "Coswick" parketləri və İtaliya istehsalı "Gewiss" elektrik açarları və aksesuarları istifadə olunur.

Satış ofisinə yaxınlaşaraq 10% ilkin ödəniş, 20 ilədək ipoteka krediti ilə siz də tam təmirli və göl mənzərəli mənzil sahibi ola bilərsiniz.

Daha ətraflı: *1544

www.kristalabsheron.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2568
avatar

Oxşar yazılar