Dünyanın  ən zəngin   5 ailəsi
08 dekabr 2022 12:41 (UTC +04:00)

Dünyanın ən zəngin 5 ailəsi

Dünyanın ən zəngin ailələrinin siyahısı hazırlanıb.

Lent.az xəbər verir ki, siyahı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın ailəsi rəhbərliyi ilə tərtib edilib.

BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın ailəsi dünyanın ən varlıları kimi tanınır.

Bildirilir ki, ailə Əbu-Dabi ailəsi maliyyədən robototexnikaya qədər müxtəlif sahələrdə 27.000-dən çox işçisi olan "Royal Group"un sahibidir.

Bununla yanaşı ailə Böyük Britaniyanın "Mançester Siti" futbol klubunun, İlon Maskın "SpaceX" şirkətinin və Rihannanın "Savage x Fenty" moda evinin səhmlərinə malikdir.

Reytinqin ikinci pilləsində sərvəti 224,5 milyard dollar dəyərində qiymətləndirilən "Walmart" mağazalar şəbəkəsinin sahibləri amerikalı Uolton ailəsi yer tutub. İlk beşliyə həmçinin şirniyyat şirkətinin təsisçiləri Mars ailəsi (160 milyard dollar), Koç ailəsi (128,8 milyard dollar) və Səudiyyə Ərəbistanı kral ailəsi (105 milyard dollar) daxildir.

# 2661
avatar

Arzu Qurbanlı

Oxşar yazılar