"Azəriqaz" rəsmiləri Lənkəranda vətəndaşlarla görüşdü -  FOTO
25 may 2022 17:55 (UTC +04:00)

"Azəriqaz" rəsmiləri Lənkəranda vətəndaşlarla görüşdü - FOTO

Lənkəranda vətəndaşlarla görüş keçirilib

Lent.az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası Lənkəran şəhərində baş tutub. Aksiyada iştirak edən 16 rayon sakini qaz təchizatı ilə bağlı onları narahat edən məsələlər barədə “Azəriqaz” İB-nin rəhbərliyinə müraciət ediblər. Şəhid atası Fədail Qafarov Lənkəran şəhəri, Digah qəsəbəsinin genişlənən hissəsinin qazlaşdırılmasını xahiş edib. 2022-ci ilin qazlaşma proqramı barədə şəhid atasına ətraflı məlumat verilərək, müraciətin Birlik rəhbərinə çatdırılacağı bildirilib.

 Şəhid anası Gülşən Nuriyeva isə Şiləvar kəndində dövlət tərəfindən onun üçün inşa edilən fərdi yaşayış evinin qazlaşdırılmasına köməklik edilməsini xahiş edib. Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov fərdi yaşayış evinin qazlaşdırılmasının layihələndirmə mərhələsində olduğunu qeyd edərək, ən qısa zamanda mənzilin təbii qazla təmin olunması işinin başa çatdırılacağını bildirilib. 

Digər şəhid ailəsinin üzvü Bayraməli Nəcəfov da müraciət edərək Liman şəhəri, Mais İsayev küçəsində yerləşən fərdi yaşayış evinin qazlaşdırılması üçün küçə xəttinin çəkilməsini istəyib. Vətəndaşa müvafiq sənədlərin təqdim edilməsi bildirilib. Bundan əlavə, aksiyada qaz xətlərinin yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciətlər daxil olub. 

Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev və Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən bütün müraciət edən vətəndaşlara ətraflı məlumat verilərək, müraciətlərinin aidiyyatı üzrə yönləndiriləcəyi vurğulanıb.

# 1656
avatar

Oxşar yazılar