"Azercell"in “Uşaq Qaynar Xətt”i Stokholm konfransında ®
28 sentyabr 2022 17:27 (UTC +04:00)

"Azercell"in “Uşaq Qaynar Xətt”i Stokholm konfransında ®

2010-cu ildən “Azercell Telekom”un dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Uşaq Qaynar Xəttlərinin 10-cu beynəlxalq məsləhətləşmə konfransında iştirak edib.

27-29 Sentyabr 2022-ci il tarixlərində Stokholmda baş tutan konfransda xidmətin
direktoru Kəmalə Aşumova təşkilatın zəng və müraciətlərə təcili və effektli cavabvermə təcrübəsini bölüşüb. O, auditoriyanı xidmətin qısa nömrəsi olan 116111 və 24/7 rejimdə çalışaraq ehtiyacı olan uşaqlara  dəstək verən mobil tətbiqlər haqqında məlumatlandırıb.

Eləcə də iştirakçılara Uşaq Qaynar Xəttinin təxirəsalınmaz onlayn, ardınca üzbəüz konsultasiyaları və fərdi şəkildə hazırlanan reabilitasiya planları haqqında məlumat verilib. Xidmətin direktoru bu istiqamətdə davamlılığı təmin etmək üçün böyük kommersiya şirkətləri ilə əməkdaşlığın önəmini də vurğulayaraq, Azercell-lə onillik əməkdaşlığı uğurlu nümunə kimi göstərib.

Bundan əlavə, Azərbaycan Uşaq Qaynar Xətti konfrans çərçivəsində baş tutan sərgidə çap və rəqəmsal materiallarını təqdim edib.

10-cu Beynəlxalq Uşaq Qaynar Xətt Konsultasiyasında əsas diqqət xüsusilə Covid-19 və kəskin böhran durumlarından biri olan müharibələr zamanı uşaq və gənclərin mental sağlamlığına yönəldilib. İsveç Kraliçası Əlahəzrət Silvia-nın açılış nitqi ilə çıxış etdiyi konfransda İsveç Uşaq Qaynar Xətti üzvlərinin rəylərinə əsasən, bütün dünyada uşaqların Qaynar Xəttə əsas müraciət etmə səbəbləri psixi sağlamlıq və şiddətlə bağlı olaraq qalır.

# 972
avatar

Oxşar yazılar

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

26 noyabr 2022 , 11:15
Biləsuvarlılar "Azəriqaz"dan qaz  İSTƏDİ

Biləsuvarlılar "Azəriqaz"dan qaz İSTƏDİ

25 noyabr 2022 , 18:13
Hər kəsə onlayn kredit yeni ünvanda!®

Hər kəsə onlayn kredit yeni ünvanda!®

25 noyabr 2022 , 18:08
"Nar" abunəçiləri onlayn müştəri xidmətlərini seçir®

"Nar" abunəçiləri onlayn müştəri xidmətlərini seçir®

25 noyabr 2022 , 17:56
Novxanı sakinləri sayğacların rəyini  TƏLƏB ETDİ

Novxanı sakinləri sayğacların rəyini TƏLƏB ETDİ

24 noyabr 2022 , 17:55
“Azəriqaz”da media və QHT nümayəndələri ilə  GÖRÜŞ

“Azəriqaz”da media və QHT nümayəndələri ilə GÖRÜŞ

24 noyabr 2022 , 15:53
"Kapital Bank" daha bir texnoloji ödəniş üsulu təqdim etdi®

"Kapital Bank" daha bir texnoloji ödəniş üsulu təqdim etdi®

24 noyabr 2022 , 11:17
“Avrora Qrup” karyera günü keçirib -FOTO

“Avrora Qrup” karyera günü keçirib -FOTO

24 noyabr 2022 , 10:33