Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Lent.az "APA-Economics"ə istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,03 ABŞ dolları və ya 1,5% artaraq 69,59 dollar təşkil edib.
Xatırladaq ki, bu ilin aprel ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 64,83 ABŞ dollarına bərabər olub ki, bu da mart ayının orta qiyməti ilə müqayisədə 2,42 dollar və ya 3,6% azdır.
Aprel ayında ən yüksək göstərici (aprelin 29-u) – 67,71 dollar təşkil edib, ən minimal göstərici isə (aprelin 7-si) 61,63 dollar səviyyəsində olub.
Ötən ay ərzində Azərbaycan neftinin qiyməti 6,4% və ya 4,02 dollar artıb.