Ermənistan iqtisadiyyatındakı tənəzzül davam edəcək - DEPUTAT
27 avqust 2020 12:51 (UTC +04:00)

Ermənistan iqtisadiyyatındakı tənəzzül davam edəcək - DEPUTAT

Bu ilin birinci yarısında Ermənistanda ümum daxili məhsul istehsalı 13.7 faiz azalıb. Eyni zamnda, 6 ayda ÜDM-də 5.7 faiz azalma var. Ekspertlər ilin sonuna kimi bu rəqəmin daha da artacağını ehtimal edir.

Bununla bağlı Lent.az-a açıqlama verən deputat, iqtisadçı-alim Vüqar Bayramlı Ermənistanda iqtisadi vəziyyətin, eyni zamanda pandemiya dövründə iqtisadi göstəricilərin, xüsusilə də makroiqtisadi göstəricilərin daha da pisləşəcəyinin gözlənilən olduğunu deyib: “2020-ci ilin ilk yarısının nəticələrinə görə Ermənistanda makroiqtisadi, eyni zamanda sosial göstəricilərdə kəskin enişlər var. Ermənistanın rəsmi statistikasına görə, bu gün ölkədə hər 4 nəfərdən biri yoxsulluq həddində yaşayır. Beynəlxalq qurumların hesabatlarına görə isə bu göstərici hər 3 nəfərdən birinə aiddir. Sözügedən ölkənin rəsmi statistikasında hər 5 nəfərdən biri işsizdir. Beynəlxalq hesabatlarda bu rəqəm 25 faizə yaxındır. Praktik olaraq, Ermənistanın həm rəsmi statistikası, həm də beynəlxalq hesabatlar ölkənin sosial və iqtisadi vəziyyətinin kifayət qədər acınacaqlı olduğunu göstərir”.

V.Bayramlı qeyd edib ki, pandemiyanın iqtisadiyyata  təsirirlərini minimallaşdırmaqdan ötrü Ermənistanda sistemli fəaliyyət həyata keçirilmir: “İdarəetmədə buraxılan səhvlər Ermənistan iqtisadiyyatının ciddi tənəzzül prossesinin başlamasına gətirib çıxarıb. Ölkədə  investitsiyanın cəlb edilməsində ciddi çətinliklər var. Baxmayaraq ki, Ermənistan əhalisində korrupsiya və rüşvətxorluğun azalacağı ilə bağlı müəyyən müddət öncə ümidlər var idi. Amma Paşinyan hakimiyyəti və hökumətinin idarəetmə üsulu bu ümidləri puça çıxarıb. Bu gün Ermənistanda yalnız iqtisadi tənəzzül prosesində deyil, eyni zamanda korrupsiya indeksində ciddi dəyişikliklər baş verməyib. Bu baxımdan pandemiya dövründə Ermənistan iqtisadiyyatı regionda ən çox tənəzzülə uğrayan iqtisadiyyatlardan biri hesab olunur və güman olunur ki, növbəti dövürlərdə də Ermənistan iqtisadiyyatındakı azalma tendensiyası  davam edəcək”.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2342

Oxşar yazılar