® “40.000.000 Pul Yağışı” lotereyasında növbəti böyük uduş - 200.000 manat qazanıldı
11 may 2022 10:55 (UTC +04:00)

®“40.000.000 Pul Yağışı” lotereyasında növbəti böyük uduş - 200.000 manat qazanıldı

Bir neçə gün öncə sosial şəbəkələrdə yayılan video insanlar tərəfindən böyük maraqla qarşılandı. Söhbət “Azərlotereya” ASC-nin təşkil etidiyi “40.000.000 Pul Yağışı” ani lotereyasında qazanılan 200.000 manat məbləğində uduşdan gedir. Qeyd olunan uduş Füzuli rayonunda Ağcabədi sakini Ərşad Əliyev tərəfindən qazanılıb.

Qısa vaxt ərzində yayılan və uduş sevincini əks etdirən video sosial şəbəkələrdə gündəm olub. Videonun bu qədər yayılmasının səbəbi görüntülərdən hiss olunan sevinc və səmimiyyətdir. Görüntülərdə qalib olan Ərşad Əliyev həyəcanını gizlədə bilmir. Dəfələrlə bileti göstərir, ətrafdakılar isə uduşlu biletin foto və videosunu çəkərək qalib şəxsin yerində olmaq arzularını gizlətmirlər.

VİDEO - https://www.instagram.com/tv/CdVaR32qIIR/?igshid=MDJmNzVkMjY=

Şanslı qaliblə əlaqə saxlayaraq, fikirlərini öyrəndik. “Sevincimin həddi-hüdüdu yoxdur. Hələ də inana bilmirəm. Lotereya həvəskarı olduğum üçün tez-tez ani lotereya alıb şansımı sınayırdım. “40.000.000 Pul Yağışı” ani lotereyası satışa çıxarılandan ancaq bu lotereyanı alırdım. Nə zamansa böyük məbləğə sahib ola biləcəyimə inanırdım”- deyə Ərşad Əliyev bildirir.

“Azərlotereya” ASC-dən verilən məlumatda bildirlir ki, “40.000.000 Pul Yağışı” lotereyasında növbəti böyük uduş - 200.000 manat qazanılıb. Qeyd olunan ani lotereyada 200.000 manat məbləğində altı böyük uduş var və bunlardan artıq üçü öz şanslı qalibinə qismət olub. Əvvəlki iki uduş Ağcabədi və Ağdaş rayonlarında qeydə alınıb. 200.000 manat məbləğində növbəti üç böyük uduş və milyonlarla digər uduş öz şanslı qaliblərini gözləyir.

Qeyd edək ki, “Azərlotereya”nın təşkil etdiyi ani lotereyalar dünyanın aparıcı şans oyunları şirkəti olan “Scientific Games” ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Hər bir ani lotereya biletinin arxasında bilet və uduşların sayı aydın şəkildə yazılır. Lotereya oyunlarında uduşları qazananların adı və soyadlarının açıqlanması yalnız uduş qazanan şəxslərin icazəsi ilə mümkündür.

Xatırladaq ki, lotereya bir şans oyunudur. Lotereya oyunlarında iştirak əyləncəli vaxt keçirmək, bəxtin sınanması ilə müşayiət olunur. Bu oyunlarda iştirak etmək boş vaxtın səmərəli və əyləncəli keçirilməsi ilə nəticələnməlidir.

“Azərlotereya” ASC yalnız qanunla nəzərdə tutulan qaydada təşkil olunan lotereya oyunlarında iştirak etməyi tövsiyə edir. Qeyd edək ki, 18 yaşı tamam olmuş şəxslər lotereya oyunlarında könüllü şəkildə iştirak edə bilərlər.

“40.000.000 Pul Yağışı” ani lotereyası, eləcə də “Azərlotereya” ASC-nin digər ani lotereyaları “Brilliant”, “5X”, “Şans ulduzu” və “Qızıl” biletlərini bütün “Misli” məntəqələri və lotereya satış nöqtələri, “Azərpoçt” şöbələri və “Maxi.az” mağazalar şəbəkəsində əldə edə bilərsiniz.

# 2160
avatar

Oxşar yazılar