Azərbaycan “Boeing-787” təyyarələri alacaq
07 avqust 2012 18:03 (UTC +04:00)

Azərbaycan “Boeing-787” təyyarələri alacaq

Lent.az-ın məlumatına görə, bunu yap.org.az saytına müsahibəsində Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bildirib.

A. Məmmədov deyib ki, Nazirlər Kabineti öz qərarları ilə hava limanlarının beynəlxalq uçuşlara açıqlığını təsdiq edib.
“Yenilərinə gəlincə, qeyd etdiyim kimi, hələ ki, Naftalanda hava limanının tikilməsi məsələsinə baxılır. Ola bilsin ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsindən sonra Xankəndi hava limanının məsələsinə baxılsın” - deyə, direktor vurğulayıb.

A. Məmmədovun sözlərinə görə, Azərbaycan 2014-cü il üçün postsovet məkanında ilk sırada ən müasir “Boeing-787” təyyarələrini alacaq: “Təkcə bu il ərzində həm “AZAL”, həm də özəl aviaşirkət olan “Silk Way” 4 yeni təyyarə alıb. Beşinci təyyarə də artıq bu ay Bakıya gətiriləcək. Onların hamısı geniş gövdəli, yeni, müasir tələblərə cavab verən “Boeing-747” və “Boeing-767” təyyarələridir”.
# 672

Oxşar yazılar