“Mustafa Tayat” mağazası istehlakçıları aldadıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti endirimlərin tətbiqi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı yoxlamaları davam etdirir.
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Stil-Tekstil” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, H.Əliyev küçəsi, ev 22A ünvanında yerləşən “Mustafa Tayat” kişi, qadın və uşaq geyimlərinin satışı mağazasında aparılan yoxlama zamanı, mağazada istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən olunub.
Mağazanın ön tərəfindəki pəncərələrdə iri hərflərlə “bütün mallara 70% endirim” sözləri yazılsa da, mağazada satılan 10 çeşiddə kişi, qadın və uşaq geyimlərinin qiymətlərinə ümumiyyətlə endirim tətbiq edilmədiyi, 40 çeşiddə geyimlərin qiymətlərinə isə mağaza işçiləri tərəfindən endirim tətbiq olunduğu bildirilsə də, həmin geyimlərin etiketlərinin üzərində endirim barədə məlumatların qeyd edilmədiyi müəyyənləşdirilib. Bundan başqa, mövcud qanunvericiliyin tələblərinə zidd olaraq mağazanın satışı salonunda “anan mallar geri qaytarılmır” sözləri yazılmış elanının vurulduğu müəyyən edilib. Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində, mağazanın salonundan istehlakçıların hüquqlarının pozulmasına səbəb olan “alınan mallar geri qaytarılmır” sözləri yazılmış elan yığışdırılıb, habelə mağazanın pəncərələrində yerləşdirilmiş istehlakçıların seçmə sərbəstliyinə təsir göstərməklə istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiq reklamın yayımı dayandırılıb.
İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01, 498-15-04) müraciət etmələri xahiş olunur.
Araşdırmalar davam etdirilir.

Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29