Xüsusi mülkiyyətə verilməsi qadağan ediləcək torpaqların siyahısı müəyyənləşəcək
Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. Lent.az-ın Milli Məclisin rəsmi saytına istinadən verdiyi məlumata görə, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov komitənin 2011-ci il yaz və növbədənkənar sessiyaları ərzində qanunvericilik fəaliyyətinin yekunları barədə ətraflı danışıb.
O bildirib ki, hesabat dövründə “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi birinci oxunuşdan keçmiş, habelə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Avropa Landşaft Konvensiyası”nın təsdiq edilməsi haqqında sənədlər qəbul edilib. Eldar İbrahimov komitənin 2011-ci il payız sessiyasının qanunvericilik işləri planı ilə iclas iştirakçılarını tanış edib. Onun sözlərinə görə, bu sessiyada “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihələrinin qəbulu gözlənilir.
İclasda “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədə də baxılıb. Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Şahmərdan Kərimov deyib ki, dəyişikliyə əsasən qanunun 7.2-ci maddəsinin “Ümumi istifadədə olan küçələrin, meydanların, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz” formada verilməsi təklif olunur. Geniş müzakirələrdən sonra sənədin Milli Məclisin plenar iclasına təqdim edilməsi qərara alınıb.

Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29