DəmirBank-ın aktivləri 16,1 faiz artıb
DəmirBank-ın aktivləri 1 sentyabr 2011-ci il tarixinə 330,6 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 45,9 mln. manat və ya 16,1% çoxdur.
Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 37,8 mln. manat və ya 18,1% artaraq 246,8 mln. manatı keçib. Bankda müştəri depozitlərinin həcmi 1 sentyabr 2011-ci il tarixinə 126 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 sentyabr 2011-ci il tarixinə 96,3 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 17% və ya 14 mln. manat çoxdur.
Bankın nizamnamə kapitalı 1 sentyabr 2011-ci il tarixinə 20 mln. manat, məcmu kapitalı isə 48,5 mln. manat olub.
Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29