Bal sərgi-satış yarmarkası başlayır
Kənd Təsərrüfatı Nazirliyindən «APA-ECONOMICS»ə verilən xəbərə görə, sayca 10-cu olan bu sərgi - yarmarka paytaxtın Xətai rayonu ərazisində (“Əhmədli” metrosunun yaxınlığında yerləşən «Bakı» kinoteatrının qarşısında) keçiriləcək.
Yarmarka oktyabrın 5-dək hər gün səhər saat 9.00-dan axşam saat 19.00-dək davam edəcək. Yarmarkada 42 rayondan arı təsərrüfatı və yüksək keyfiyyətli bal məhsulu olan 150 nəfər arıçı iştirak edəcək.
Arıçıların, ziyalıların və xüsusilə də müharibə veteranlarının təklifləri nəzərə alınaraq, yarmarkada sağlam balın qiyməti tənzimlənəcək. 1 kq balın 15 manata satılması nəzərdə tutulur. Bu qiymətlə razılaşmayan arıçılar yarmarkaya buraxılmayacaq və onlar öz arıçılıq məhsullarını Bakı şəhərinin bazarlarında istədikləri qiymətə satmaq imkanı qazanacaqlar.
Yarmarkaya saxtalaşdırılmış bal gətirilməsinin qarşısını almaq üçün yarmarkada iştirak edəcək arıçıları rayon icra hakimiyyətləri göndərəcək. Rayon icra hakimiyyətlərinin Kənd Təsərrüfatı Nazirliyinə təqdim etdiyi siyahılarında adları olmayan arıçılar yarmarkaya buraxılmayacaqlar.
Yarmarkada yalnız Azərbaycanda istehsal olunan bal satılacaq. Digər ölkələrdə, xüsusilə İranda istehsal olunan bal məhsulunun yarmarkada satışına imkan verilməyəcək.

Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29