Yeddi aylıq işin nəticələri
09 sentyabr 2011 10:18 (UTC +04:00)

Yeddi aylıq işin nəticələri

Azərbaycan sığorta bazarı 2010-cu ilin göstəricilərinə nisbətən cari ilin iyul ayının sonunda 31,48 faizlik artım göstərib, sığorta haqlarının ümumi bazar dəyəri isə 116.467 min manat təşkil edib. Bununla belə, bazardakı vəziyyəti daha dərindən təhlil etsək həyatın icbari sığortasının artıma nə qədər böyük təkan verdiyini görərik. Belə ki, həyat sığortası ödəmələri nəzərə alınmasa, bazarın ümumi artımı 15 faizə qədərdir, qalan sığorta növlərinə dair ödəmələr isə cəmisi 100.233 min manatdır.

AXA MBASK şirkətinin əldə etdiyi nəticələrə gəlincə, şirkət 75 faizlik artım sürətinə nail olub, ödənmiş sığorta haqlarının ümumi məbləği isə 7.587 min manatdır. Həyat sığortası haqları istisna olmaqla, qalan sığorta növləri üzrə ödəmələri nəzərə alsaq bazardakı payımız 4,90 faizdən 7,57 faizədək yüksəlib, həyat sığortası haqları ilə bir yerdə isə bazardakı payımız 6,51 faizdir ki, bu da yaxın gələcək üçün xeyli ümidlər vəd edir.

Bu ilin sonuna qədər təqribən eyni səviyyədə bazar artımı və 200 milyon manata qədər sığorta haqları həcmini gözləyirik. Bu rəqəmlərin arxasında duran üstünlüklərdən səmərəli istifadə edə bilsək, yaxın illərdə qarşımızdakı məqsədlərə çatmaq yolunda xeyli irəli gedərik.

Bu gün sığorta haqlarının daha çox paytaxt Bakıda göstərilən xidmətlərdən əldə etdiyimizin fərqindəyik.

Biz AXA MBASK olaraq sığorta sektorunun sağlam gələcəyi naminə qeyri-bank xidmətlər göstərməli, bütün ölkə boyu mütəşəkkil agentlər şəbəkəsi yaratmalı, həmçinin Bakı ilə yanaşı bölgələrin də iqtisadi inkişafının şahidi olmalı, müştərilərə xidmət fərqləndirilməsi tətbiq etməliyik.

Bununla yanaşı, orta müddətli strateji planlarımızda nəzərdə tutulmuş yeni icbari sığorta növlərinin, yüksək limit və sığorta təzminatlarının sığorta bazarının artımını, sığorta məhsullarının tanıdılmasını dəstəkləyəcəyinə inanırıq. Yeni qanuna, icbari sığorta sahəsində dövriyyəyə buraxılacaq məhsullara görə bütün qanunyaratma qurumlarına təşəkkür edirik.

Gələcəkdə inkişaf etmiş ölkələrdəki kimi bizdə də sığorta sözünün maliyyə müdafiə mənasında qavranacağına qəti inamla AXA MBASK olaraq bazardakı mövqelərimizi dəyişdirməyə səy göstəririk. Əvvəla, 2011-ci ilin yeddi ayı ərzində şirkətimizi yenidən qurduq və müştəriləri məmnun etməyə daha çox yönələn bir təşkilat yaratdıq. Belə ki, indi şirkətimiz hər qərarını verərək müştərinin dəyərlərini və məmnuniyyətini rəhbər tutur. İslahatları təkcə şirkət çərçivəsində aparmadıq, həmçinin bazarda müstəqil agentlər üçün peşəkar iş imkanları yaratmaq üçün agentlər şəbəkəsinə də sərmayə yatırdıq. Sığorta biznesinin gələcəyi naminə məhsul satışı şəbəkəsində peşəkarların olmasının zəruriliyinə inanırıq.

Bununla yanaşı, 7 ay ərzində texnologiyaya da külli miqdarda vəsait yatırmışıq. İndi AXA MBASK şirkətində bütün əməliyyatlar vahid rejimdə aparılır. Şirkətin gündəlik fəaliyyətini izləmək üçün işgüzar məlumatların toplanması, emalı və təhlilini aparan çoxlu sayda yardımçı proqram yaratdıq. Artıq quraşdırma işlərinin başa çatmaq üzrə olduğunu, satış üçün, habelə agentlərə, müştəri və ortaqlarımıza daha yaxşı və keyfiyyətli xidmətlər göstərmək vaxtının gəldiyini söyləyə bilərik.

Əminəm ki, əldə etdiyimiz indiki səviyyədə qalmağa səy göstərib Azərbaycanda sığorta biznesinə yeni yanaşmamız əsasında AXA şirkətinin qazandığı beynəlxalq təcrübəni ortaya qoyaraq ölkə sığorta bazarını dəstəkləməyə də çalışarıq. Fikrimizcə bu bazar gələcəkdə də sağlam rəqabətə möhtacdır. Biz də bütün ölkədə sığortaçılılığın tanıdılması üçün əlimizdən gələni əsirgəmirik.
# 498

Oxşar yazılar