Qəbələdə beynəlxalq forum davam edir
08 sentyabr 2011 15:37 (UTC +04:00)

Qəbələdə beynəlxalq forum davam edir

Sessiyalarda pestisid ərazilərinin qiymətləndirilməsi üzrə alətlər, polixlorbifenillərin (PXB) davamlı ekoloji idarə edilməsi üzrə beynəlxalq təcrübə, ictimaiyyətin məlumatlandırılması, ictimai iştirak və ictimai sağlamlıq məsələləri üzrə müzakirələr aparılır.

Günün ikinci yarısında isə Moldovanın ətraf mühit naziri Corc Salarunun sədrliyi ilə İsveç və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya proqramı tərəfindən dəstəklənən “Azərbaycanda ictimaiyyətin məlumatlandırılması və inventarlaşdırması üzrə pilot layihə”, ərazilərdə tanınmayan maddələrin müəyyən olunması problemləri, çirklənmiş torpaqlar mövzusunda müzakirələr aparılacaq.

Müzakirələrdən sonra tədbir iştirakçılarına Jan Van Den Berginin pestisidlərlə əlaqədar çəkdiyi “Sakit qar” filmi nümayiş etdiriləcək.

Xatırladaq ki, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Beynəlxalq Pestisidlər Assosiasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunun “Qafqaz Riverside” mehmanxanasında keçirilən 11-ci Beynəlxalq Pestisidlər Forumu sentyabrın 9-dək davam edəcək.

Mübariz Aslanov
# 660

Oxşar yazılar