«Ekonomist» analitik jurnalının növbəti sayı çapdan çıxıb
07 sentyabr 2011 17:40 (UTC +04:00)

«Ekonomist» analitik jurnalının növbəti sayı çapdan çıxıb

«APA-ECONOMICS»in məlumatına görə, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 19 buraxılışı işıq üzü görüb.

«APA-Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər. Jurnalın bu sayında maliyyə bazarı barədə məqalələrlə yanaşı səhiyyə sahəsinə həsr olunmuş bir sıra məqalə dərgidə əhəmiyyətli yeri tutur. Bundan başqa, qızılın tarixi barədə məqalə «Tarix» rubrikasında əksini tapıb.

Qeyd edək ki, «APA-Ekonomist» jurnalını həm redaksiya vasitəsilə, həm də «Qasid», «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, «Ekonomist» və «Metro-Servis» şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.

Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.
# 559

Oxşar yazılar