Azərbaycanda elektron imzanın tətbiqinə başlanıldı
“APA-ECONOMICS”in xəbərinə görə, bununla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən keçirilən tədbirdə nazir müavini İltimas Məmmədov çıxış edərək qeyd edib ki, “E-imza”nın tətbiqi ölkədə elektron xidmətlərdən tam istifadə olunmasına imkan yaradacaq və bürokratik əngəlləri aradan qaldıracaq.
Artıq bir çox dövlət qurumlarında elektron xidmətlərin tətbiqinə başlandığını bildirən nazir müavini təəssüflə qeyd edib ki, bir neçə təşkilatın nəinki elektron xidməti, hətta internet saytı da yoxdur: “Onlar bu problemi aradan qaldırmaq üçün işləri sürətləndirməlidir. Belə ki, sentyabr-oktyabr aylarında elektron xidmətlərə keçidlə bağlı hökumət səviyyəsində müzakirələr aparılacaq. Ona görə də hər bir qurum bu xidmətləri tətbiq etməlidir”.
İ.Məmmədov “E-imza”nın qiymətlərini də açıqlayıb: “Fiziki şəxslər “E-imza”dan istifadə etmək üçün poçt şöbələrinin filiallarına müraciət etməli, müvafiq kart və avadanlığı əldə etməlidir. “E-imza” üçün fiziki şəxslər 1 illik 14 manat (ƏDV daxil), növbəti il üçün 8 manat, 3-cü il üçünsə bundan da ucuz ödəməli olacaqlar. Qonşu ölkələrdə bu göstərici qat-qat yüksəkdir. Bu tariflər yanvarın 15-nə kimi qüvvədə olacaq, ondan sonra tələbatdan asılı olaraq qərar veriləcək. Hüquqi şəxslər üçün qiymət 1 illik 60 manat, dövlət orqanlarında işləyənlər üçün 3 il müddətinə 135 manat (kart da daxil) təşkil edəcək. Gələcəkdə birdəfəlik və daha çox dəfəlik imzalı kartlar nəzərdə tutulur. Kartlar hələlik 3 il müddətinə qüvvədə olacaq”.

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34