“S.A.B.A. şirkəti" MMC-yə maliyyə sanksiyası tətbiq edildi
07 sentyabr 2011 10:57 (UTC +04:00)

“S.A.B.A. şirkəti" MMC-yə maliyyə sanksiyası tətbiq edildi

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-Qərb ünvanında “S.A.B.A. şirkəti” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisədə istehsal edilən məhsulların keyfiyyət və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi üçün müvafiq laboratoriyanın olmaması və dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarılması, dondurmaların müvafiq reseptura və gigiyenik sertifikatları olmadan istehsal edilməsi, habelə məhsulların etiketində istehsalçı müəssisə, qida və enerji dəyərinin göstərilməməsi səbəbindən bu təsərrüfat subyekti barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb.

“Haqsız rəqabət haqqında” qanununun tələblərini pozduğuna görə “S.A.B.A. şirkəti” MMC-yə 4,4 min manat maliyyə sanksiyası tətbiq edilib.
# 765

Oxşar yazılar