Azərbaycanda polixlorbifenil analizi aparılır
06 sentyabr 2011 18:47 (UTC +04:00)

Azərbaycanda polixlorbifenil analizi aparılır

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, belə çirkləndiricilərdən biri də polixlorbifenil (PXB) maddəsidir.

Polixlorbifenil əsasən elektrik avadanlıqlarında (transformator, kondensator, elektrik açarları və s.) yağların tərkibində olur. Belə avadanlıqların energetika sektorunda və digər sənaye sahələrində daha çox istifadə olunduğunu nəzərə alan UNİDO həyata keçirdiyi texniki yardım çərçivəsində 2011–ci ilin iyulunda ARDNŞ-ə “L2000DX-Analyser” cihazı verib və müvafiq təlim kursları təşkil edib.


Ekologiya İdarəsində təlim kursları keçmiş mütəxəssislər “L2000DX-Analyser” cihazının vasitəsilə analizlərin aparılması üçün şirkətin struktur bölmələrindəki avadanlıqlardan təlimata uyğun olaraq yağ nümunələrinin götürülməsi işlərini davam etdirirlər. Bu günə qədər “Azneft” İstehsalat Birliyinin Abşeronneft, Balaxanıneft, Bibiheybətneft, Ə.Əmirov adına, N.Nərimanov adına, Z.Tağıyev adına neftqazçıxarma idarələrində, eyni zamanda Qaraçuxur iriləşmiş neft mədənlərində, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda və “Azərneftyağ” neft emalı zavodlarında, Kompleks Qazma İşləri Tresti, “Azərikimya” İstehsalat Birliyi və Neft Kəmərləri İdarəsinin istehsalat sahələrindəki elektrik avadanlıqlarından yağ nümunələri götürülüb. Bu işlər ARDNŞ-in digər müəssisələrinin ərazisində də davam etdiriləcək. Analizlərin nəticələri oktyabrda hazırlanacaq inventarlaşdırma sənədinə daxil ediləcək. Yeni hazırlanan sənəd bu sahədə ARDNŞ-in məlumat bazasının dəqiqləşdirilməsinə və müvafiq emal texnologiyalarının seçilməsinə yardım edəcək.
# 620

Oxşar yazılar