2012-2013-cü illər üçün qatarların hərəkət cədvəli təsdiq olunacaq
05 sentyabr 2011 14:13 (UTC +04:00)

2012-2013-cü illər üçün qatarların hərəkət cədvəli təsdiq olunacaq

MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 54-cü iclasının protokoluna uyğun olaraq sentyabrın 6-dan 9-dək Bakıda dəmir yolları müdiriyyətlərinin səlahiyyətli nümayəndələrinin müşavirəsi keçiriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, tədbirin gündəliyinə 2012-2013-cü illər üçün qatarların hərəkət cədvəlinin müzakirəsi və təsdiq edilməsi, Şuranın 55-ci iclasında təsdiq olunacaq beynəlxalq sərnişin qatarları, o cümlədən beynəlxalq yollarda hərəkət edən şəhərətrafı və qoşma vaqonlar üzrə layihə külliyyatının hazırlanması, beynəlxalq sərnişin qatarlarında ehtiyat yerlərin sifariş edilməsi müddətinin 45 sutkadan 60 sutkayadək uzadılmasına dair dəmir yolu administrasiyalarının təklifinin müzakirəsi daxildir.
Eyni zamanda Sərnişin Təsərrüfatı Komissiyası sədrinin “Birbaşa beynəlxalq dəmir yolu marşrutlarının idarə olunması Qaydaları”na dəyişiklik edilməsi təklifinin müzakirəsi və sərnişin qatarlarının nömrələnməsi işində dəyişiklərin məqsədəuyğunluğu haqqında məsələ də gündəliyə salınıb. Müşavirədə səlahiyyətli nümayəndələrin iclasında sərnişin qatarlarında gediş sənədlərinin satışı texnologiyasının dəyişdirilməsi, marşrutların idarə olunması, qatarların nömrələrinin dəyişdirilməsi qaydalarının göstərilən məsələlərin müzakirəsi vaxtının qısaldılması sahəsində əlavə məsələlərin müzakirə edilməsi də nəzərdə tutulur.
# 1116

Oxşar yazılar