Culfa və Kəngərlinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 5 milyon manat ayrıldı
02 sentyabr 2011 19:15 (UTC +04:00)

Culfa və Kəngərlinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 5 milyon manat ayrıldı

Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5 (beş) milyon manat, o cümlədən Culfa rayonunda uzunluğu 57,6 km olan, 25 min nəfər əhalinin yaşadığı 20 kəndi əhatə edən Çeşməbasar – Boyəhməd avtomobil yolunun yenidən qurulması üçün 3 (üç) milyon, Kəngərli rayonunda uzunluğu 39,2 km olan, 12 min nəfər əhalinin yaşadığı 5 kəndi əhatə edən Naxçıvan – Sədərək magistralı – Təzəkənd – Çalxanqala – Qıvraq dairəvi avtomobil yolunun yenidən qurulması üçün 2 (iki) milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
# 592

Oxşar yazılar