ARDNŞ avqust ayında ixrac olunan xam neftin həcmini açıqladı
02 sentyabr 2011 19:59 (UTC +04:00)

ARDNŞ avqust ayında ixrac olunan xam neftin həcmini açıqladı

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin avqust ayında Novorossiysk limanından 79 min 585 ton, Supsa limanından 250 min 561 ton, Çeyhan limanından 1 milyon 561 min 562 ton xam neft ixrac edib.

Ümumilikdə yanvar-avqust ayları ərzində Novorossiysk limanından 1 milyon 249 min 98 ton, Supsa limanından 1 milyon 758 min 809 ton, Ceyhan limanından isə 15 milyon 693 min 746 ton xam neft ixrac olunub. ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.
# 601

Oxşar yazılar