Mərkəzi Bank jurnalistlərə təlim keçdi - FOTO
26 avqust 2011 18:12 (UTC +04:00)

Mərkəzi Bank jurnalistlərə təlim keçdi - FOTO

Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, AMB-nin Kommunikasiya Strategiyası çərçivəsində ilk dəfə keçirilən və iki ay davam edən on sessiyadan ibarət təlim proqramında 20-yə yaxın media nümayəndəsi pul-kredit siyasəti, bank nəzarəti kimi mərkəzi bankçılığa aid başlıca mövzular haqqında biliklərini artırıblar.

Treninqlər Mərkəzi Bankın mütəxəssisləri tərəfindən AMB-nin Tədqiqatlar və İnkişaf Mərkəzində keçirilib. Jurnalistlər pul siyasətinin məqsədləri, çərçivəsi, iqtisadiyyata təsir mexanizmi, valyuta ehtiyatlarının və nağd pul dövriyyəsinin idarə olunması, bank nəzarəti kimi mərkəzi bankçılığa aid başlıca mövzular haqqında ətraflı məlumatlar əldə ediblər.

KİV nümayəndələri 2 aylıq treninqlərin sonunda xüsusi sertifikatlarla təltif ediliblər.
Tam kursu başa vuran jurnalistlərə sertifikatları təqdim edərkən, Mərkəzi Bankın sədr müavini Aftandil Babayev bildirdi ki, Mərkəzi Bankın uğuru onun effektiv kommunikasiyasından çox asılıdır.

AMB-nin Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru Emin Hüseynov öz çıxışı zamanı maliyyə və iqtisadiyyat sahəsində çalışan jurnalistlərin öz iqtisadi biliklərini artırmaqla Azərbaycan iqtisadiyyatının inkişafında daha fəal rol oynayacaqlarına əminliyini ifadə etdi.
# 1125

Oxşar yazılar