DəmirBank Hollandiyanın Triodos Bankı ilə kredit müqaviləsi imzalayıb
24 avqust 2011 14:34 (UTC +04:00)

DəmirBank Hollandiyanın Triodos Bankı ilə kredit müqaviləsi imzalayıb

DəmirBank, Triodos Bankın depozitarı olan Custody B.V. fondu ilə 2 milyon ABŞ dolları həcmində 2 il müddətinə kredit müqaviləsi imzalayıb.

Müqavilənin şərtlərinə görə ayrılan vəsait sahibkarlığın müxtəlif sahələrinə mikro həcmli kreditlərin verilməsi üçün nəzərdə tutulub. Bu müqavilə DəmirBank və Triodos Custody B.V. fondu arasında olan ilk əməkdaşlıqdır. Triodos Custody B.V. fondu yalnız sosial yönümlü maliyyə təşkilatları ilə əməkdaşlıq edir. DəmirBank-ın sosial yönümlü fəaliyyəti çərçivəsində əldə etdiyi nailiyyətlər fond tərəfindən müsbət qiymətləndirilib.

DəmirBank kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.
# 456

Oxşar yazılar