Şəkidə “Unibank” filialının yeni binası açılıb
24 avqust 2011 12:53 (UTC +04:00)

Şəkidə “Unibank” filialının yeni binası açılıb

Mərasimdə Bankın İdarə Heyyətinin sədri Faiq Hüseynov, Şəki rayonu İcra hakimiyyətinin rəhbərliyi, yerli icma nümayəndələri və filialın müştəriləri iştirak ediblər.

“Şəki güclü işgüzar ənənələri ilə seçilir və onları inkişaf etdirmək üçün yerli kiçik və orta biznes sahiblərinə ilk növbədə etibarlı banklar gərəkdir”, - deyə “Unibank”ın İdarə Heyyətinin sədri Faiq Hüseynov açılış mərasimində qeyd edib. Onun sözlərinə görə, xidmət yönümlü strategiyadan müştəri yönümlü strategiyaya keçən “Unibank”, Şəkidə fəaliyytini daha da genişləndirmək, əhalinin və biznesin tələbatlarına tam cavab vermək niyyətindədir.

2008-ci ilin iyul ayında Şəkidə açılan filialın yeni binası M.Rəsulzadə küçəsi 160A ünvanında fəaliyyət göstərir. Filial şəhərin mərkəzində yeni tikilmiş müasir ikimərtəbəli binada yerləşir və Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə tam cavab verir. Yeni binada Şəki, Qax və Zaqatala bölgələrinin əhalisinə və yerli müəssisələrə bütün növ bank məhsulları və xidmətləri təklif olunur. Bunlar sırasında müxtəlif növ depozit əmanətləri və kreditlər, hesablaşma-kassa xidmətləri, təcili pul köçürmələri, plastik kartların sifarişi və digər onlarla xidmətlər var.

Xatırladaq ki, regionlarda xidmət şəbəkəsinin genişləndirilməsi “Unibank” ın əsas inkişaf istiqamətlərindən biridir. Son iki-üç il ərzində Bank Bakı, Gəncə və Sumqayıtla bərabər Şəmkir, Mingəçevir, Quba, Lənkəran şəhərlərində filiallar açıb. Nəticədə Bankın 24 filial və şöbəsi Azərbaycanın 7 bölgəsini əhatə edir.
# 1979

Oxşar yazılar