DəmirBank kiçik sahibkarlıq üçün biznes kreditləşməsini genişləndirir
24 iyun 2011 12:41 (UTC +04:00)

DəmirBank kiçik sahibkarlıq üçün biznes kreditləşməsini genişləndirir

DəmirBank Lüksemburqun ResponsAbility Global Microfinance Fund mikromaliyyə təşkilatının vasitəçiliyi ilə Credit Suisse Microfinance Fund Management Company ilə yeni maliyyə vəsaitinin cəlb olunmasına dair razılaşma əldə edib.

İmzalanmış müqaviləyə əsasən, Credit Suisse Microfinance Fund Management Company tərəfindən 2 il müddətinə DəmirBank üçün 2,5 milyon ABŞ dolları məbləğində vəsait ayırıb. DəmirBank bu məbləği kiçik sahibkarlığın kreditləşməsinə yönəldəcək.

“Bu müqavilə ResponsAbility Global Microfinance Fund mikromaliyyə təşkilatının vasitəçiliyi ilə bağlanan 7-ci müqavilədir. DəmirBank ilə ResponsAbility Global Microfinance Fund mikromaliyyə təşkilatı 2007-ci ildən əməkdaşlıq edir və bu günə qədər 22,5 milyon ABŞ dolları məbləğində vəsait cəlb olunub”, - deyə bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

DəmirBank kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.
# 581

Oxşar yazılar