![DəmirBank yeni ünvanda və korporativ tərtibatda Qusar filialının açılışını keçirib](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
DəmirBank yeni ünvanda və korporativ tərtibatda Qusar filialının açılışını keçirib
Filialın açılışında Qusar rayonunun ictimaiyyəti, DəmirBank-ın İdarə Heyətinin üzvləri, digər filialların və bir sıra departamentlərin rəhbərləri iştirak edib.
Qusar rayonu N.Şərifov küçəsi 105A ünvanında yerləşən “Qusar” filialı əhaliyə, sahibkarlara və təşkilatlara hesablaşma-kassa xidmətləri, müxtəlif növ istehlak və biznes kreditləri, əmanətlər, təcili pul köçürmələri, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.
Filial Western Union, Contact, Bıstraya Poçta, Blizko, PrivatMoney, Zolotaya Korona və Coinstar beynəlxalq köçürmə sistemlərinə qoşulub, bu da əhaliyə 200-dək ölkə üzrə pul vəsaitini almaq və göndərmək imkanı verir. Əhali həmçinin ölkə daxilində köçürmələr üçün Bankın Şimşək köçürmə sistemindən istifadə edə bilər.
“DəmirBank filial şəbəkəsinin inkişafı işlərini davam etdirir. Ötən il “Filial ofislərinə dair Tələblər” hazırlanmışdır və bu tələblərə cavab verməyən 3 filial müştərilər üçün daha rahat və geniş ofislərə köçürülüb. Daha 3 filialın yeni ünvana köçürülməsi və 1 filialın genişləndirilməsi işləri aparılır. Yeni ofislərə köçürülən filiallar, eləcə də digər filiallar “Korporativ interyer dizayn Standartları”na uyğun təmir və tərtibat edilməkdədir. Bu işlər filiallarda müştəri məmnunluğunun artırılmasına xidmət edir” – deyə İdarə Heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.
DəmirBank ölkə üzrə 30 filiala malikdir ki, bunlardan 13 filial Bakıda, 17-si isə regionlarda yerləşir.

Oxşar yazılar
!["Unibank" və AZAL-dan kampaniya: Təyyarə biletini al, 6 ayadək faizsiz ödə](https://lent.az/storage/news/2024/june/21/big/667568f782669667568f78266a1718970615667568f782663667568f782666.jpg)
"Unibank" və AZAL-dan kampaniya: Təyyarə biletini al, 6 ayadək faizsiz ödə
21 iyun 2024 , 15:51![Hər kəsə uzağa getmədən gəlirli biznes qurma imkanı](https://lent.az/storage/news/2024/june/21/big/66755355df64466755355df645171896507766755355df63e66755355df641.jpeg)
Hər kəsə uzağa getmədən gəlirli biznes qurma imkanı
21 iyun 2024 , 14:17"Azercell" abunəçilərinin nəzərinə
21 iyun 2024 , 11:35!["Kapital Bank"ın dəstəyi ilə “Bakı Yayı-2024” turniri keçirilib](https://lent.az/storage/news/2024/june/21/big/667524467f8cf667524467f8d11718953030667524467f8c9667524467f8cc.png)
"Kapital Bank"ın dəstəyi ilə “Bakı Yayı-2024” turniri keçirilib
21 iyun 2024 , 10:56![“Avrora Qrup” aztəminatlı ailələrə və uşaq evlərinə bayram sovqatı çatdırıb](https://lent.az/storage/news/2024/june/16/big/666f005863983666f0058639841718550615666f005863979666f00586397e.jpg)
“Avrora Qrup” aztəminatlı ailələrə və uşaq evlərinə bayram sovqatı çatdırıb
16 iyun 2024 , 19:09![2024-cü ildə ən çox milyarder hansı ölkədə olacaq? – REYTİNQ](https://lent.az/storage/news/2024/june/16/big/666dfd07ec1d3666dfd07ec1d51718484231666dfd07ec1cd666dfd07ec1d0.jpeg)
2024-cü ildə ən çox milyarder hansı ölkədə olacaq? – REYTİNQ
16 iyun 2024 , 18:42![Dünyada heç vaxt bu qədər zəngin insan olmayıb](https://lent.az/storage/news/2024/june/15/big/666d9ca8c8c3b666d9ca8c8c3d1718459560666d9ca8c8c36666d9ca8c8c38.jpg)
Dünyada heç vaxt bu qədər zəngin insan olmayıb
16 iyun 2024 , 13:52!["Kapital Bank" istiqrazlarının 2-ci tranşının abunə yazılışına start verildi](https://lent.az/storage/news/2024/june/14/big/666c43336d5ae666c43336d5af1718371123666c43336d5a8666c43336d5ab.png)