Sosial şəbəkələrdə Əməkdar artist Elnarə Abdullayevanın maraqlı videogörüntüsü yayılıb.
Lent.az-ın xəbərinə görə, müğənni bir məclisdə mahnı oxuya-oxuya qeyri-etik ifadələr işlədib.
O, səs avadanlığının düzgün işləmədiyini vurğulayaraq, "bu aparatın içinə mən neyləyim?" kəlmələrini işlədib.
Toyun harada və nə zaman keçirilməsi naməlum olsa da, müğənninin bu görüntüləri trend olub.