Qeyri-müntəzəm qidalanma və hərəkətsizliyə görə kökələn 4 yaşlı Şiraz adlı pişik idman və pəhrizlə 6 kilo arıqlayıb.
Lent.az xəbər verir ki, qısırlaşdırma əməliyyatından sonra zamanla həddindən artıq kökələn 4 yaşlı Şirazın çəkisi qısa bir vaxt ərzində 10 kiloya yaxınlaşıb.
Daha sonra sahibi tərəfindən heyvanlar üçün fiziki müalicə və reabilitasiya mərkəzinə aparılan Şiraz qısa müddət ərzində artıq çəkidən azad ola bilib.
Hər gün pilates topu ilə idman edən, qaçan və hovuzda üzən Şiraz bununla yanaşı pəhriz də saxlayaraq təxminən 5 ayda 6 kilo arıqlayıb və ideal çəkiyə çatıb.