Bakıda qadının 5 min manatını oğurlayan  dəstənin üzvü tutuldu
22 iyun 2024 12:49 (UTC +04:00)

Bakıda qadının 5 min manatını oğurlayan dəstənin üzvü tutuldu

Quldurluqda şübhəli bilinən qrupun daha bir üzvü müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 18-də axşam saatlarında Binəqədi rayonu ərazisində bir qadının içərisində 5000 manat pulu olan əl çantasını quldurluq yolu ilə talamaqda şübhəli bilinən qrupun digər üzvü Əbdül Əjdərov da müəyyən olunaraq saxlanılıb.

Xatırladaq ki, bundan əvvəl polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Elnur Məcidzadə və bir qadın saxlanılıb,

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2070
avatar

Oxşar yazılar