"Oba" marketdə ŞOK OĞURLUQ:  müdirin seyfini  yardılar
22 iyun 2024 10:53 (UTC +04:00)

"Oba" marketdə ŞOK OĞURLUQ: müdirin seyfini yardılar

Bakıda marketin seyfi qarət olunub. 

Lent.az xəbər verir ki, hadisə iyunun 21-i saat 04 radələrində Lökbatan qəsəbəsində yerləşən “Oba” marketdə qeydə alınıb. 

Marketin müdirinin otağındakı seyfdən 3075 manat pul oğurlanıb. Hadisə barədə polisə məlumat verilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakini Elmir Həsənli saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2088
avatar

Oxşar yazılar