PSJ-nin Mbappeyə 100 milyon  maaş borcu   var
22 iyun 2024 09:59 (UTC +04:00)

PSJ-nin Mbappeyə 100 milyon maaş borcu var

PSJ-nin keçmiş hücumçusu Kilian Mbappeyə 100 milyon avro məbləğində maaş borcu var.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, mənbənin məlumatına görə, Paris klubu Mbappenin maaşını və müxtəlif mükafatlarını 2024-cü ilin aprelindən bəri ödəmir. 25 yaşlı futbolçunun tərəfinin pulun ödənilməsi tələbi ilə PSJ-yə rəsmi bildiriş göndərdiyi vurğulanır.

Münaqişənin məhkəmədə həllini gözləyərkən hər iki tərəf bir-birindən kəskin şəkildə fərqlənən hadisələrin öz versiyalarını əks etdirən məktublar mübadiləsi aparıblar.

Xatırladaq ki, Mbappe ötən mövsümün sonunda Paris klubundan ayrılıb. İyunun 3-də “Real” rəsmi olaraq 25 yaşlı hücumçunun onların oyunçusu olduğunu elan edib. Mbappe hazırda Fransa millisinin tərkibində Avropa çempionatında mübarizə aparır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1548
avatar

Oxşar yazılar