«Bakıelektrikşəbəkə» nin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb
Azərbaycan Hesablama Palatasının 2010-cu il üçün İş Planına uyğun olaraq dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu üzrə «Bakıelektrikşəbəkə» ASC-yə paylayıcı elektrik şəbəkələrinin yenidən qurulmasına ayrılan vəsaitlərin istifadəsi üzrə audit keçirilib.
«APA-ECONOMICS»in məlumatına görə, Hesablama Palatanın illik hesabatına əsasən, keçirilən audit nəticəsində xüsusi razılıq (lisenziya) olmadan ASC tərəfindən obyektlərin layihə-smeta sənədlərinin hazırlanması, əksər obyektlərin ehtimal olunan dəyərinin qüvvədə olan metodiki göstərişlərə uyğun müəyyən edilməməsi, ayrılmış vəsaitlər hesabına görüləcək işlərin layihə-smeta sənədlərinin ekspertizadan keçirilməməsi, dövlət büdcəsi vəsaiti hesabına keçirilən satınalmalar zamanı bir sıra obyektlər üzrə tender komissiyasının tərkibinə müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrinin daxil edilməməsi, satınalmaların müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmadan təkliflər sorğusu metodu ilə həyata keçirilməsi, bəzi malgöndərənlər üzrə satınalma prosedurları keçirilən zaman ixtisas uyğunluğu, malgöndərənlərin müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, etibarlılığının olmasının müəyyən edilməməsi, vergi və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklər barədə sənədlərin alınmaması halları aşkar edilib.
Hesabatda göstərilir ki, həmçinin satınalmaların qalibləri satınalma müqavilələrinin yerinə yetirilməsi təminatını təqdim etməyib, tenderin əsas şərtlər toplusunda və yekun protokolunda avans ödənişi və onun zəmanət məbləği nəzərdə tutulmadığı halda bağlanılmış müqavilələrə avans ödənişləri şərti daxil edilib, xüsusi razılıq (lisenziya) olmayan bir sıra podratçı təşkilatlarla satınalma müqaviləsi bağlanmaqla tikinti-quraşdırma və əsaslı təmir işlərinə vəsait ödənilib, paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması işlərinə ayrılmış vəsait hesabına tədarük edilən xarici və yerli istehsal olan avadanlıq və materialların (həm də bağlanılmış müqavilələrdə nəzərdə tutulmuş) uyğunluq, mənşə və keyfiyyət sertifikatı olmayıb, debitor borcların yaranmasına şərait yaradılıb, tikintisi başa çatdırılmış obyektlər balansa qəbul edilərək istismar olunsa da, İşçi və Dövlət Qəbul komissiyaları tərəfindən qəbul edilməyib.
Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək, «Bakıelektrikşəbəkə» ASC tərəfindən dövlət əmlakından və dövlət maliyyə resurslarından məhsuldar istifadə olunması, vəsaitlərdən istifadənin səmərəliliyinin yüksəldilməsi və şəffaflığın daha da artırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, audit aktında qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul edib. Kollegiya qərarına əsasən, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədi ilə «Bakıelektrikşəbəkə» ASC-yə təqdimat göndərilib.

Oxşar yazılar
“Azərsun Holdinq” ən yaxşı idarə olunan şirkətlərdən olub
7 iyun 2025 , 16:35
“Azərsun Holdinq” Qurban bayramında minlərlə ailəyə bayram sovqatı hədiyyə edib
6 iyun 2025 , 13:28
Birbank Bahar lotereyasının qalibləri bəlli oldu
5 iyun 2025 , 18:08
Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
5 iyun 2025 , 17:51
Azərbaycandakı boyalı SAXTA ÇAYLAR – Onları belə tanıyın – ARAŞDIRMA
5 iyun 2025 , 17:32Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub
5 iyun 2025 , 15:49
Regionun aparıcı innovasiya festivalı üçün biletlər artıq satışdadır
5 iyun 2025 , 11:53