“Azərpoçt” və “Western Union” saziş imzaladı
16 fevral 2011 12:29 (UTC +04:00)

“Azərpoçt” və “Western Union” saziş imzaladı

Fevralın 16-da “Western Union” şirkəti ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında tərəfdaşlıq haqqında saziş imzalanıb.


Lent.az-ın verdiyi məlumata görə, “Azərpoçt” ASC-nin şöbə müdiri Novruz Məmmədov deyib ki, bu saziş respublikanın əksər poçt bölmələrində “Western Union” xidmətlərindən istifadə etməklə pul köçürmələrinə şərait yaradacaq.

O qeyd edib ki, “Azərpoçt” ASC Azərbaycanın poçt xidmətidir və bütün ölkə boyu xidmətlər göstərən 194-dən çox bölməsi var: “Western Union” və respublikanın milli poçt operatoru arasında saziş praktiki olaraq, Azərbaycanın hər bir yaşayış məntəqəsində 300 poçt vasitəsi ilə pul köçürülməsinə və alınmasına şərait yaradacaq. “Western Union” xidmətlərindən artıq 2011-ci ilin sonuna kimi ölkənin əksər poçt bölmələrində istifadə etmək mümkün olacaq”.


Novruz Məmmədov bildirib ki, “Western Union” və “Azərpoçt” arasında əməkdaşlıq Azərbaycanda maliyyə xidmətləri bazasının inkişafına, o cümlədən “Azərpoçt”un özünün səlahiyyət və imkanlarının genişləndirilməsinə gətirib çıxaracaq.

Elxan Salahov
# 725

Oxşar yazılar