Fermerlər istehsalçı müəssisələrlə bir araya gəldi
Ağcabədidəki kənd təsərrüfatı sərgisi fermerlər üçün müsbət nəticələr vəd edir
Kənd təsərrüfatı işçiləri günü münasibətilə Ağcabədidə kənd təsərrüfatı sahələrini əhatə edən sərgi keçirilib. “Aqro” İnformasiya Mərkəzinin dəstəyilə keçirilən tədbirdə ətraf şəhər və rayonlardan fermer təsərrüfatlarının, icra hakimiyyətləri orqanlarının nümayəndələri, yerli və beynəlxalq qurumların təmsilçiləri də iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyindən Lent.az-a bildiriblər ki, tədbirin əsas məqsədi fermerləri yeni texnologiyalarla tanış etmək, onları müasir metodlarla işləməyə həvəsləndirməkdir. Sərgidə regionda fəaliyyət göstərən fermer təsərrüfatlarının nümayəndələri yeni texnologiyalarla tanış olublar. Onlar həmçinin informasiyaya çıxış imkanlarını yaxşılaşdırmaq, suvarma sistemində işin səmərəli təşkilinə nail olmaq barədə fikir mübadiləsi aparmaq imkanı qazanıblar.
Nazirlikdə bildirirlər ki, sərgi çərçivəsində keçirilən görüşdə yerli və xarici təşkilatların nümayəndələri fermerlər öz xidmətlərini də təklif ediblər. Bu xidmətlər əsasən, yerlərdə fəaliyyət göstərən emal sexlərinin fermerlərlə əməkdaşlığının qurulması məqsədi daşıyır. Belə ki, bundan sonra emalçılar məhsul istehsalı zamanı xammal kimi fermerlərin topladığı məhsullardan istifadə edəcəklər.
Xatırladaq ki, regionlarda ilk dəfə keçirilən bu sərgidə 100-dən artıq fermer təsərrüfatlarının nümayəndələri iştirak edib.
Elxan SALAHOV

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18