Silah alveri, narkomaniya, piratlıq...
Dünyanın 3 ən böyük cinayətkarlığı
“Əqli mülkiyyət hüquqlarının qorunması tək Azərbaycan üçün deyil, bütün dünya ölkələri üçün prioritet istiqamətlərdən biridir. Hazırda piratlıq bütün dünya üzrə silah alveri və narkomaniyadan sonra üçüncü yerdə durur. Piratlıqdan gələn gəlir beynəlxalq illik ticarətin 200 milyard ABŞ dollarını təşkil edir. Bu qeyri-qanuni biznesin aparıcı qüvvəsi mütəşəkkil cinayətkarlıqdır”.
Lent.az-ın məlumatına görə, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov əqli mülkiyyət hüququnun müdafiəsinin gücləndirilməsinə dair seminar söyləyib.
O, bildirib ki, 2008-ci ildə dünyada yalnız rəqəmli şəbəkədə 40 milyarddan artıq qeyri-qanuni musiqi faylları mübadiləsi həyata keçirilib. Bu isə həmin mübadilədə piratlığın səviyyəsinin 95 faiz olması deməkdir. Onun sözlərinə görə, Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir.
İsveçrənin İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi ilə keçirilən mərasimdə Kamran İmanov Azərbaycanda əqli mülkiyyət sahəsində zəngin qanunvericilik bazasının yaradıldığını söyləyib. Lakin o, qeyd edib ki, hələ də ölkədə piratlığın səviyyəsi yüksək olaraq qalır. Onun sözlərinə görə, hazırda kitab bazarında bu rəqəm 45 faiz, kompüter proqramları bazarında 87-88 faiz, SD-DVD bazarında 76-77 faiz təşkil edir: “Aparılan sorğular göstərir ki, bu məhsullar daha çox yarmarkalarda satılır. Əhalinin müəyyən hissəsi bu məhsullara fikir vermədən onlardan istifadə edir. Bu isə əqli mülkiyyət mədəniyyətinin lazımi səviyyədə olmadığını göstərir”.
Cənab İmanov deyib ki, Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunmasını daha da yaxşılaşdırmaq üçün agentlik bir sıra təkliflər verib. Onun fikrincə, Azərbaycanda Əqli Mülkiyyət Mərkəzi yaradılmalı və bütün əqli mülkiyyət məhsullarına nəzarətedici holoqramlar vurulmalı, İnzibati Xətalar, Cinayət və Cinayət Prosessual Məcəllələrə dəyişiklər edilməlidir. Agentliyin sədri Nazirlər Kabinetində Antipirat Məsələləri üzrə Komissiyanın, hüquq mühafizə orqanlarında və məhkəmələrdə ixtisaslaşmış qurumların yaradılmasını da təklif edib.
Elxan SALAHOV

Oxşar yazılar

Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15
Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40