Bakının avtomobil bazarında maraqlı proseslər baş verir
Təklif artıb, tələb azalıb, orta qiymət 16240 dollardı
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi (“ƏBİ” İB) avtomobil bazarında apardığı növbəti monitorinqin nəticələrini açıqlayıb. May ayında təkrar avtomobil bazarında aparılan monitorinqin nəticələrinə görə, əvvəlki ay qeydə alınmış nisbi aktivlik may ayında yenidən passivləşmə ilə müşahidə olunub. Bu isə avtomobil bazarında yay mövsümü üçün xarakterikdir. Təşkilatdan Lent.az-a daxil olan məlumatda belə deyilir.
Aprellə müqayisədə təklif üzrə artım 1,5% təşkil edib. Mayda təklifin artmasına baxmayaraq, tələb azalıb (3,4%). Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında da ötən ayla müqayisədə azalma qeydə alınıb ki, bu da öz növbəsində bağlanan əqdlərin dinamikasını zəiflədib (-2,3%). Ay ərzində bazarda orta qiymət dəyişməz qalıb və 16240 ABŞ dollarına bərabər olub.
Bazarda müşahidə olunan passivlik avtomobillərin ekspozisiya müddətinin artmasını bir qədər də dərinləşdirib. May ayında ekspozisiya müddəti daha 1 gün artaraq 90 günə çatıb. Müvafiq olaraq risk dərəcəsi artıb və əmlakın bu növü üzrə likvidlik dərəcəsi bir qədər də aşağı düşüb.
May ayında təkrar avtomobil bazarında araşdırma predmeti olan 6300-dən artıq avtomobilin cəmi 35%-i bazara məhz may ayı ərzində təklif olunub. Qalan 65%-i isə əvvəlki aylardan qalan avtomobillərdir.
Avronun dolları üstələmə tendensiyası idxal olunan avtomobillərin qiymətlərində də özünü göstərib. Avtomobillərin satış qiymətləri artmasa da sahibkarlar xarici valyutaların denaminasiyasından əziyyət çəkdiklərini gizlətmirlər. Bu tendensiyanın passiv yay mövsümünə düşməsi qiymət artımının qarşısını alsa da, qarşıdakı aylarda qiymət artımı istisna olunmur.
Təklif üzrə göstəricidə “Mercedes-Benz” markası üstünlük təşkil edir - 36,1%. Ümumilikdə təklif üzrə payın 80,1%-i əsas 9 markaya məxsusdur. Yerdə qalan 19,9% isə 20-dən artıq şirkətin istehsalı olan 85-ə yaxın avromarka arasında bölünür.
Təkrar bazara təqdim olunan avtomobillərin illər üzrə bölgüsündə ciddi dəyişiklik baş verməyib. Araşdırmalar göstərir ki, tədricən ili köhnə olan avtomobillərə maraq azalır. 1998-2001-cu illərin istehsalı olan avtomobillərin bazarda 1996-1997-ci illərin markalarını üstələmə tendensiyası davam edir. Bununla yanaşı ili yeni olan avtomobillərə olan marağın artımı təklifdə də ili yeni olan avtomobillərin artımı ilə müşahidə olunur.
Pərvin ABBASOV

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28