İpoteka Fondu xəbərdarlıq edir
Vətəndaşlar həm yeni, həm də köhnə binalardan ipoteka krediti hesabına yaşayış sahəsi ala bilərlər
Azərbaycan İpoteka Fondu (AİF) ipoteka kreditləri ilə bağlı məlumat yayıb. Məlumatda dövlət xətti ilə ipoteka kreditlərinin verilməsində yeni və ya köhnə binalarda yaşayış sahəsinin alınmasına hər hansı məhdudiyyətin olmadığı bir daha qeyd olunur.
Fondun mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, vətəndaşlar mövcud qaydalara əsasən, həm ilkin bazarda (yeni binalar), həm də təkrar bazarda (köhnə binalar) ipoteka krediti hesabına yaşayış sahəsi almaq üçün AİF-in müvəkkil kredit təşkilatlarına müraciət edə bilərlər.
AİF həmçinin bildirir ki, dövlət büdcəsində ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitlərin AİF-ə köçürülməsi üçün artıq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət olunmuşdur. Vəsaitin köçürülməsindən dərhal sonra güzəştli ipoteka kreditlərinin verilməsi prosesinə başlanılacaqdır.
İpoteka kreditlərinin verilməsi ilə bağlı bütün məlumatlar AİF-in veb saytında (www.amf.az) yerləşdirilmişdir. Əlavə məlumatları bu telefonlara zəng etməklə: 441-19-87, 441-47-16, 441-28-24 (daxili telefonlar: 1-23, 1-29), yaxud müvəkkil kredit təşkilatlarına birbaşa müraciət etməklə əldə etmək olar.
Elxan SALAHOV

Oxşar yazılar

Yanğına görə 9 kəndin qazı kəsildi
15 avqust 2022 , 21:14
“Bizim evdə “Final” var” Lənkəran və Astarada® - FOTO
15 avqust 2022 , 12:28
"Kapital Bank" “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı®
15 avqust 2022 , 10:29
AZAL-ın təyyarəsində PROBLEM: Bakı-Moskva reysi gecikir
15 avqust 2022 , 10:05Rusiyanın Krımda məhv edilən təyyarələrinin dəyəri AÇIQLANDI - VİDEO
12 avqust 2022 , 16:07
"Azəriqaz" yeddi aylıq hesabatını TƏQDİM ETDİ
12 avqust 2022 , 15:59
"Bakcell" qazi və şəhid övladları üçün kurslar təşkil edib®
12 avqust 2022 , 11:44