Böhran MDB ölkələrini sıxacaq
Beynəlxalq Valyuta Fondu iqtisadi böhranın bir qədər də dərinləşəcəyini proqnozlaşdırır
Ötən ilin ikinci yarısından başlanmış dünya iqtisadi böhranı 2009-cu il ərzində səngiməyəcək. Əksinə, böhran bəzi ölkələrdə, o cümlədən MDB məkanında bir qədər də dərinləşəcək və onun təsirləri kasıb ölkələrdə özünü daha çox göstərəcək.
Lent.az-ın məlumatına görə, Beynəlxalq Valyuta Fondunun yaydığı hesabatda belə deyilir. Fondunun hesablamalarına əsasən, ötən ilin sonunda olduğu kimi, bu il də ümumdaxili məhsulun artım səviyyəsi xeyli azalacaq. Dünyanın bir çox ölkələrində isə ümumiyyətlə, heç bir artım gözlənilmir.
Fondun ekspertləri belə nəticəyə gəliblər ki, bundan sonra böhran dünyanın yoxsul təbəqəsinə daha çox təsir göstərəcək. Bu ölkələr sırasına 1990-cı illərdən sonra müstəqillik qazanmış Rusiya, Gürcüstan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Qazaxıstan və Ermənistan da var.
Hesabat müəlliflərinin fikrincə, adı çəkilən MDB ölkələri arasında Azərbaycanda böhranın təsirləri o qədər də böyük deyil. Fond rəsmiləri bunu Azərbaycanın dünya iqtisadiyyatına fəal şəkildə inteqrasiya etməməsi və maliyyə bazarında ehtiyatlı mövqe tutması ilə əlaqələndirir. Hesabatda deyilir ki, Rusiya, Gürcüstan, Qırğızıstan, Tacikistan, Qazaxıstan və Ermənistanda milli valyutaların dəyərdən düşməsi hələ davam edəcək. Çünki həmin ölkələrin xaricdən cəlb etdiyi kreditlərin həcmi artır və kreditlərin qaytarıla imkanları getdikcə məhdudlaşır. Azərbaycan isə milli valyutasını möhkəmləndirib və bu, böhrandan müdafiə olunmaq üçün əlavə imkanlar yaradıb.
Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, hazırda MDB məkanında ən çox borclanma Qazaxıstanda müşahidə olunur. MDB-nin ən varlı və kifayət qədər inkişaf etmiş bu ölkəsinin indi 40 milyard dollar borcu var. Bütün bunlar MDB məkanında 2009-cu il ərzində iqtisadi artım gözlənmədiyinə ciddi əsas yaradır.
Hesabatın sonunda fondun ekspertləri xəbərdarlıq edir ki, hər bir ölkə yerli iqtisadi şəraitə uyğun qərarlar qəbul etməlidir. Xüsusən, büdcəsinin əsas hissəsini neft və qaz gəlirləri təşkil edən Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan kimi ölkələr iqtisadi fəaliyyətlərində daha ehtiyatlı davranmalı, dəyişikliklər zamanı yoxlanılmış və dəqiq hesablanmış vasitələrdən istifadə etməlidir.
Xatırladaq ki, bu ay Beynəlxalq Valyuta Fondunun ekspert qrupunun Bakıya növbəti səfəri planlaşdırılıb. Bu səfər çərçivəsində fondun nümayəndələri Azərbaycandakı iqtisadi durumu, böhranın ölkəyə təsirlərini yenidən qiymətləndirmək fikrindədirlər.
Elxan SALAHOV

1187