
Bakı Bulvarından dənizə pilləkən qoyulub
Hazırda təmir işləri aparılan Şəhərkənarı Milli Parkda (Bakı Bulvarı) paytaxt sakinləri üçün sürpriz hazırlanır. Lent.az-ın müxbiri xəbər verir ki, bulvar boyu dənizlə bitişik yerlərdə qurudan suya doğru olan hissədə pilləkənlər quraşdırılır. Bulvara çıxan sakinlər həmin pilləkənlər vasitəsilə Xəzər dənizinin ləpədöyəninə qədər irəliləyə biləcəklər. Pilləkənlər xüsusi olaraq əraziyə gətirilmiş çınqıl daşlardan istifadə edilməklə quraşdırılıb. Pilləkənlərin üst tərəfində qum və sementdən istifadə olunmayıb. Çınqıl daşları yalnız üzərinə çəkilmiş məftil torlar saxlayır. Qum və sementdən deyil, məhz bu üsuldan istifadə olunmanın səbəbi isə dəniz suyunun pilləkənləri yumağının qarşısını almaqdır.
Ərazidə çalışanlar Lent.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, bu cür pilləkənlər bütün bulvar boyunca quraşdırılacaq. Bu cür pilləkənlər hələlik yalnız bir neçə metrlik ərazidə quraşdırılıb. İş davam etdirilir.
Pərvin ABBASOV
Ərazidə çalışanlar Lent.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, bu cür pilləkənlər bütün bulvar boyunca quraşdırılacaq. Bu cür pilləkənlər hələlik yalnız bir neçə metrlik ərazidə quraşdırılıb. İş davam etdirilir.
Pərvin ABBASOV
Oxşar yazılar

Kristal yeniləndi: Yeni ad, yeni loqotip, yeni yanaşma! - VİDEO
31 may 2025 , 19:02
"Azercell"in gənc istedadlara dəstəyi daha bir beynəlxalq uğurla nəticələndi
31 may 2025 , 15:41
“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu
31 may 2025 , 13:28
ABB-nin dəstəyi ilə uşaqlar üçün iqtisadiyyat kitabı təqdim edildi
30 may 2025 , 15:07
"Azercell" “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na start verdi
30 may 2025 , 14:42
Tecnosun İnkişaf Mərkəzinin ilk məzunları diplomlarla təltif olundu
30 may 2025 , 14:16
Qlobal biznes futurist 30-cu Yubiley “Baku Energy Week” üçün Bakıya gəlir
30 may 2025 , 11:02