Belarus səfiri Gəncə Avtomobil Zavodunda olub
Zavodda yığılan traktorların sayı 1000-ə çatıb
Gəncə Avtomobil Zavodunda yığılan “Belarus” markalı traktorların sayının 1000-ə çatması ilə bağlı tədbir keçirilib. Tədbirə Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviç və şəhər ictimaiyyətinin nümayəndələri qatılıb. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, çıxış edənlər zavodun fəaliyyəti və traktorların istehsalı ilə bağlı geniş məlumat verib. Qeyd edilib ki, ilk “Belarus” markalı traktor 2007-ci ilin mart ayının 27-də yığılıb. Hazırda Gəncə Avtomobil Zavodunda “Belarus 80.1”, “Belarus 82.1”, “Belarus 1221”, “Belarus 1025”, “Belarus 892”, “Belarus 80X” modeldə traktorlar istehsal edilir.
Yığılan traktorların sayının 1000-ə çatması zavodun işini daha da gücləndirəcəyindən xəbər verir. Bu il müəssisədə 570 traktorun hazırlanması nəzərdə tutulur.
Tədbirdə çıxış edən Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviç də istehsalın artırılmasının vacibliyini vurğulayıb. Səfirin sözlərinə görə Gəncə Avtomobil Zavodunda yığılan traktorların 3-cü ölkəyə satışını təmin etmək lazımdır. Bu məqsədlə Gəncə Avtomobil Zavodunun bazasında Azərbaycan-Belarus birgə müəssisəsinin yaradılması mümkündür.
Traktorların üçüncü ölkəyə satılması ilə bağlı Türkiyənin müxtəlif şirkətləri ilə artıq danışıqlara başlanılıb.
Vüsalə Cənnətova

1894