Taxıla ƏDV tətbiq edilməyəcək
Murtuzəli Hacıyev: “Nazirlər Kabinetinin qərarının müddəti hələ başa çatmayıb”
Bu gündən etibarən xaricdən Azərbaycana gətirilən ərzaq buğdası və una əlavə dəyər vergisinin (ƏDV) tətbiqi barədə məlumatlar həqiqətəuyğun deyil. Hökumətin belə bir qərarı olsa belə, bu, aprelin 30-dan sonra tətbiq ediləcək.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Lent.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, Azərbaycana gətirilən ərzaq buğdası və unun əlavə dəyər vergisindən azad edilməsi barədə qərarın icra müddəti bir ildir. Bu isə Nazirlər Kabinetinin 30 aprel 2008-ci il tarixli 106 saylı qərarı ilə təsdiq olunub.
“Mən bilmirəm, ərzaq buğdasına ƏDV-nin yenidən tətbiqi barədə söz-söhbət haradan gəlir. Bizim əlimizin altında Nazirlər Kabinetinin ötən il imzalanmış qərarı var. Orada göstərilir ki, ərzaq buğdası və unun ƏDV-dən azad edilməsi bir il qüvvədə olacaq” - deyə, Kənd təsərrüfatı Nazirliyinin rəsmisi bildirib.
Yayılan məlumatlara görə, bu gün həm də hökumətin fermerlərə təqdim etdiyi vergi güzəştlərinin də vaxtı bitir. Kənd Təsərrüfatı Nazirliyi isə bu məlumatı da təkzib edir. Murtuzəli Hacıyev bildirib ki, 5 illiyə nəzərdə tutulmuş vergi güzəştlərinin müddəti bu ilin yanvarında növbəti dəfə uzadılıb. Məqsəd taxıl istehsalçılarında marağı artırmaqdır. Onun sözlərinə görə, xaricdən gətirilən ərzaq buğdasının ƏDV-dən azad edilməsinin müddətinin uzadılıb-uzadılmayacağı hələ bəlli deyil.
Elxan SALAHOV

Oxşar yazılar

Kristal yeniləndi: Yeni ad, yeni loqotip, yeni yanaşma! - VİDEO
31 may 2025 , 19:02
"Azercell"in gənc istedadlara dəstəyi daha bir beynəlxalq uğurla nəticələndi
31 may 2025 , 15:41
“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu
31 may 2025 , 13:28
ABB-nin dəstəyi ilə uşaqlar üçün iqtisadiyyat kitabı təqdim edildi
30 may 2025 , 15:07
"Azercell" “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na start verdi
30 may 2025 , 14:42
Tecnosun İnkişaf Mərkəzinin ilk məzunları diplomlarla təltif olundu
30 may 2025 , 14:16
Qlobal biznes futurist 30-cu Yubiley “Baku Energy Week” üçün Bakıya gəlir
30 may 2025 , 11:02