Rusiya qazı İrana gedir, yoxsa Ermənistana?
Şimal qonşumuz qazını satmaq üçün Azərbaycandan tranzit ərazi kimi istifadə etmək məcburiyyətindədir
“Azərbaycan Rusiya qazının öz ərazisindən İrana ötürülməsinə etiraz etmir. Amma bir vacib şərtlə. Ermənistanın bu layihədə iştirakı olmamalıdır”.
Bir neçə gün əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında belə demişdi. Onun sözlərinə görə, bu danışıqların nəticəsi müsbət olarsa, ARDNŞ İranın Ermənistana qaz ötürüb-ötürmədiyini öyrənmək, bu sahədəki vəziyyəti nəzarətdə saxlamaq üçün ciddi monitorinq aparacaq.
Neft Araşdırmaları mərkəzinin rəhbəri İlham Şaban isə Lent.az-a açıqlamasında ARDNŞ-nin belə bir monitorinq həyata keçirmək imkanına malik olmadığını deyir. Onun sözlərinə görə, İran kimi qapalı ölkədə Ermənistana qaz verilib-verilmədiyini müəyyənləşdirmək qeyri-mümkündür: “Ona görə ki, İranın Ermənistanla da müqaviləsi var. Belə olan halda Azərbaycan necə müəyyənləşdirə bilər ki, İran Ermənistana ötürdüyü Rusiya qazıdır, yoxsa öz qazı? Biz hazırda İran vasitəsilə Naxçıvana qaz veririk. Ancaq həmin qazın Naxçıvanda, yoxsa İranda istehlak edildiyini heç kəs bilmir”.
İlham Şaban onu da əlavə edib ki, Rusiya qazını İrana ötürəcək kəmər iki hissədən ibarətdir. Bunlardan biri, Hacıqabul-Mozdok qaz kəmərinin Azərbaycan hissəsinin illik ötürmə gücü təxminən 7 milyard kubmetrdir. Digəri isə Hacıqabul-Astara-Bülənd isə 1980-ci illərdən İrandan Sovet İttifaqına qaz nəql etmək məqsədilə çəkilmiş kəmərdir. İlham Şaban deyir ki, bu kəmərin ötürmə gücü 10 milyon kubmetrə yaxın olub. Lakin 1990-cı illərdə Hacıqabul-Astara-Bülənd kəməri uzun müddət istifadəsiz qaldığından eroziyaya uğrayıb.
“Hətta 1990-cı illərdə Xəzərdə suyun səviyyəsinin qalxması ilə əlaqədar bu kəmərin bir hissəsi suyun altında qalmışdı. Yalnız bir neçə il əvvəl Lənkəran-Astra zonasına qaz nəqli bərpa olunanda eroziyaya uğramış hissələr yenidən təmir edildi. Hazırda bu kəmər yalnız alçaq təzyiqli qaz üçün yararlı hesab olunur. Üstəlik həmin istiqamətdə mövcud olan iki nasos stansiyasından biri işləmir” - deyə, İlham Şaban bildirib.
Ekspert hesab edir ki, Rusiya öz qazını Azərbaycan vasitəsilə İrana ötürmək üçün təkcə infrastrukturun bərpasına bir neçə yüz milyon dollar xərcləməli olacaq. Onun sözlərinə görə, Rusiyanın Azərbaycan ərazisindən tranzit kimi istifadə etməyə bir növ məhkumdur. Çünki Gürcüstan Rusiya qazının öz ərazisindən Ermənistana nəqlinin dayandırmaq istəyir. Belə olan halda Ermənistanın qaz bazarı Rusiyanın əlindən çıxır və beləliklə, şimal qonşumuz tranzit ölkə kimi Azərbaycanı seçməyə məcbur olacaq.
Xatırladaq ki, Rusiyanın energetika naziri Sergey Şmatko və İranın neft naziri Qulamhüseyn Nouzari iki ölkə arasında neft-qaz sahəsi üzrə anlaşma memorandumu imzalayıblar. Sənəd Rusiya qazının İranın şimalına ötürülməsini, əvəzində isə ölkənin cənubundan İran qazının Fars körfəzi ölkələrinə satılmasını nəzərdə tutur.
Ekspertlər bildirirlər ki, Rusiyanın Türkmənistan qazını İran vasitəsilə dünya bazarına çıxarmaq planları “Cənub axını” layihəsinə əlavə, “Nabukko” kəmərinə isə alternativ kimi çıxış edə bilər. “Qazprom”un “Nabukko”ya qoşulmaq dəvətini rədd etməsi də bununla əsaslandırılır.
Elxan SALAHOV

1727