Tikinti şirkətləri Elman Rüstəmovun çağırışına münasibəti – SORĞU
Bəzi şirkətlər mənzillərin satılıb qurtardığını, bəziləri isə qiymətləri aşağı salmaq imkanlarının olmadığını deyir
Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov ötən həftə keçirdiyi mətbuat konfransında tikinti şirkətlərini mənfəətlərinin bir hissəsini Azərbaycan əhalisinə güzəştə getməyə çağırdı. Ölkənin baş bankirinin fikrincə, əmlak bazarındakı biznes strukturları mənzillərin satış qiymətlərini bir qədər aşağı salmaqda bütövlükdə tikintiyə qoyduqları kapitalları geri götürmək imkanı qazana bilər.
Elman Rüstəmov əlavə edib ki, bu məsələ ayrı-ayrı biznes strukturları ilə müzakirə edilib və onlar belə bir güzəştə hazırdır. Yəni biznes strukturları qiymətləri bir qədər aşağı salmaq, ədalətli qiymətlər təklif etməklə mənfəətlərinin bir hissəsindən əl çəkməklə mənzil bazarının canlanmasına razıdır.
Lent.az Bakıda mənzil tikintisi ilə məşğul olan məşhur şirkətlərin bir neçəsinin Milli Bank sədrinin bu çağırışına münasibətini öyrənib.
“Akkord” Şirəktlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afaq Quliyeva:
- “Tikinti şirkətləri mənfəətlərinin bir hissəsini əhali versin” ifadəsi düzgün deyil. Azərbaycan vətəndaşları üçün ən münasib şərtlərlə mənzil satan yeganə şirkət “Akkord”dur. Biz 1 ildən 25 ilədək kredit paketi ilə mənzil satırıq. Heç bir şirkət tikdiyi mənzilləri 25 ilə kreditə vermir. Biz mənzil tikintisindən gəlirlərimizi birdəfəlik götürmürük və bu, Elman Rüstəmovun çağırışlarına demək olar ki, uyğun gəlir. Biz öz müştərilərimizə imkan yaradırıq ki, aldığı mənzildə yaşaya-yaşaya 25 il ərzində əmlakın dəyərini hissə-hissə ödəsin. Şirkətin bu günə qədər inşa etdiyi 9750 mənzildən 2000-i artıq kredit paketi satıb və hazırda orada yaşayış var. Əlavə olaraq, satılmış 3000-dən artıq mənzil isə yaxın 2 ay ərzində istifadəyə veriləcək. Sadəcə, Elman Rüstəmovun “tikinti şirkətləri gəlirlərinin bir hissəsini əhaliyə versin” fikri “əhali üçün münasib imkanlar yaratsın” kimi ifadə edilməsi daha düzgün olardı. Biz də bunu eləmişik, “Akkord” 4 ildə, yəni yarandığı gündən bacardığımız qədər bu işlə məşğul olmuşuq və indi də davam etdiririk. Ancaq bunların hamısı şirkət haradansa aldığı göstərişlə yox, özünün təklifləri ilə reallaşıb.
“Şəfəq” MTK-nın satış meneceri İsrail Yusifov:
- Bizim şirkətin mənzillərin qiymətində güzəştə getmək imkanı yoxdur. Həm də bizim öz bazarımız var və bu, ümumi bazara heç bir təsir göstərmir. Çünki bizim tikdiyimiz binalarda qaz, işıq, su və digər kommunikasiya xətləri, sertifikatımız, müəyyən güzəştimiz var. Bu güzəştləri müdiriyyət qoyub. Yəni mənzilin dəyərini tam ödəyən müştəriyə müəyyən faiz güzəşt olunur. Əlavə güzəştə isə imkanımız yoxdur.
“Elit” MTK-nın kimliyini açıqlamayan satış meneceri:
- Mənzillərin qiymətini aşağı salmaq olar. İndi bizim şirkətin inşa etdiyi binalarda mənzillərin hər kvadratmetri 1800 manatdır. Amma qiymətləri 1200-1300 manata qədər aşağı sala bilərik. Lakin bizim qiyməti aşağı salmağımız bazara təsir etməyəcək. Çünki bizcə mənzillərin 98-99 faizi satılıb, binaların birində cəmi 3-4 mənzil qalıb, onlar da ikiotaqlı evdir. Yeni binaların tikintisi isə nəzərdə tutulmur. İqtisadi vəziyyətlə əlaqədar bina tikmək artıq şirkətə sərf etmir. Bu səbəbdən də yaxın vaxtlarda yeni binalar tikməyə hazırlaşmırıq.
“Eviniz tikilsin” MTK-nın ofis menecerinin köməkçisi Aysel xanım:
- Biz evlərin qiymətini bir neçə ay əvvəl aşağı salmışıq. Əvvəllər hər kvadratmetrin qiyməti 1200-1300 manat idisə, indi 700-800 dollara enib. Amma bizim inşa etdiyimiz evlər təmirsiz satılır. Bununla belə, şirkətin özünün satış üçün yeni mənzilləri demək olar ki, qalmayıb. Lakin bəziləri əvvəl aldıqları evləri şirkətin vasitəsilə satışa çıxarıblar.
“İdeal İnşaat” MTK-nın satış meneceri:
- Qiymətlərdə güzəştə getmək olar. Ancaq bunu hamıya şamil etmək imkanımız xaricindədir. Ona görə də yalnız mənzilin dəyərini birdəfəlik tam şəkildə ödəyən müştərilərə hər kvadratmetrdə 50-100 manat güzəştə gedirik. Amma şirkət rəhbərliyi qərar versə, qiymətləri 5-10 faiz aşağı salmaq olar. Bu isə hansısa dövlət orqanının istəyindən yox, şirkətin özünün imkanlarından asılıdır. Hər halda, qiymətlərdə müəyyən güzəştə getmək indiki halda real görünür.
Elxan SALAHOV

2468