Elman Rüstəmovdan tikinti şirkətlərinə sensasion çağırış
“Mənfəətinizin bir hissəsini əhaliyə güzəştə gedin”
“Hazırda Azərbaycanın əmlak bazarında vəziyyət çox mürəkkəbdir. 2008-ci il aprel-dekabr aylarında əmlak bazarında qiymətlər 12 faiz aşağı düşüb. İndi əmlakın ekspozisiyası, yəni mənzili satmaq üçün müddət 437 gündür. Bu o deməkdir ki, hər hansı evi satmaq üçün bir ildən çox vaxt lazımdır”.
Lent.az-ın məlumatına görə, Milli Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, bu bazarda kifayət qədər təklifin olduğunu, lakin ödəniş qabiliyyətinin olmadığını göstərir. Baxmayaraq ki, Bakıda və regionlarda əhalinin mənzilə olan tələbatı böyükdür: “Dövlət elə bir mexanizm tapmalıdır ki, maliyyə vasitəsilə tələb təklifə uyğunlaşsın. Azərbaycan bazarında milyon kvadratmetrlərlə mənzil təklifi var, amma tələb buna uyğun deyil. Biz vəziyyətin bu cür davam etməsinə heç cür yol verə bilmərik”.
Elman Rüstəmov bildirim ki, mənzil bazarında qiymətlərin aşağı düşməsi zəruridir. Bunu müsbət hal kimi dəyərləndirən Milli Bank rəhbərinin fikrincə, qiymətlərin sərt şəkildə ucuzlaşması bu işlə məşğul olan biznes strukturlarının maraqları və bütövlükdə iqtisadiyyat üçün zərərli ola bilər: “Ona görə də ipoteka proqramı çərçivəsində bu işlə məşğul olan biznesmenlər də düşünməlidir və onlar ədalətli qiymət prinsipinə uyğun olaraq, özlərinin mənfəətlərinin bir hissəsini Azərbaycan əhalisinə verməlidirlər. Bunun sayəsində isə bütövlükdə tikintiyə qoyduqları kapitalı geri götürə bilərlər”.
Elman Rüstəmov bu məsələni ayrı-ayrı biznes strukturları ilə müzakirə etdiklərini deyib. O, aparılan müzakirələrin nəticələrinə əsaslanaraq vurğulayıb ki, biznes strukturları belə bir güzəştə hazırdır. Onun sözlərinə görə, biznes strukturları qiymətləri bir qədər aşağı salmaqla, ədalətli qiymətlərlə mənfəətlərinin bir hissəsindən əl çəkməklə, mənzillərin satışına şərait yarada bilər.
Elxan SALAHOV

Oxşar yazılar

Abşeron dairəvi marşrutunda yeni qatar istifadəyə verildi
1 aprel 2025 , 15:02
Unibankdan 1 aprel aksiyası: Komissiyasız kredit!
1 aprel 2025 , 10:55
Bu yumurta 912 manata satıldı
25 mart 2025 , 19:22
"AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir
25 mart 2025 , 13:14
ABB-nin dəstəyi ilə “Şuşa baharı” başlandı
19 mart 2025 , 18:44
"Kapital Bank"ın İdarə Heyətinin sədri Fərid Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
19 mart 2025 , 17:42HUAWEI nova 13 və HUAWEI nova 13i – Gözəllik və Texnologiyanın Birliyi
19 mart 2025 , 16:26