Zinəddin  Zidan “Qızıl top”u oğurlanan futbolçunun  adını çəkdi
15 avqust 2025 09:52 (UTC +04:00)

Zinəddin  Zidan “Qızıl top”u oğurlanan futbolçunun adını çəkdi

Zinəddin Zidan əmindir ki, Andres İniesta əsas fərdi mükafat üçün haqsızlıqla üzləşib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, fransızın fikrincə, ispaniyalı futboçu dünya səviyyəli idi və xüsusilə 2010-cu ildə Dünya Kubokunu qazandıqdan sonra “Qızıl top”a layiq olub.

İnesta "Barselona" və İspaniya millisi ilə hər yarışda qalib gəlsə də, ən çoxu 2010-cu ildə ikinci, 2012-ci ildə üçüncü yerə yüksəlib.

"Futbolu sevirsənsə, belə bir oyunçunun getdiyini görmək çətindir. Mənim üçün o, “Barselona” oyunçusu deyil, sadəcə futbolçudur. O, hamının xəyal etdiyi "Qızı top”u almalı idi. Xüsusilə də Dünya Kubokunu qazandığı ildə".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar