"Zenit" və "Fənərbaxça"  əməkdaşlıq müqaviləsi   imzaladı
27 mart 2023 15:54 (UTC +04:00)

"Zenit" və "Fənərbaxça" əməkdaşlıq müqaviləsi imzaladı

"Zenit" və "Fənərbaxça" futbol klubları iki illik əməkdaşlıq müqaviləsi imzalayıb.

Lent.az bildirir ki, bu barədə Sankt-Peterburq təmsilçisinin Telegram kanalı xəbər verir.

Müqavilə təkcə futbol klublarını deyil, hər iki klubun basketbol üzrə sistemlərini, eləcə də bir sıra digər layihələri əhatə edir.

Əməkdaşlıq çərçivəsində bütün yaş kateqoriyası üzrə komandalar arasında yoldaşlıq görüşləri və turnirlərin təşkili, təlim-məşq proqramlarının yaradılması, həm idman-seleksiya bloklarının, həm də klubların digər şöbələrinin mütəxəssisləri arasında təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Ehtimal olunur ki, klublar həvəskar futbolu birgə inkişaf etdirəcək, həmçinin “Qazprom” Akademiyası ilə “Fənərbaxça” futbol məktəbi arasında ikitərəfli oyunçu mübadiləsi proqramları yaradacaq və həyata keçirəcək.

# 1317
avatar

Oxşar yazılar