"Yuventus" Tyaqo Mottanı tezliklə  istefaya göndərəcək  və...
23 mart 2025 13:19 (UTC +04:00)

"Yuventus" Tyaqo Mottanı tezliklə istefaya göndərəcək və...

"Yuventus" komandanın baş məşqçisi Tiaqo Mottanı istefaya göndərmək qərarına gəlib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

"Tyaqo Mottanın "Yuventus"dakı hekayəsi bitdi. Klub onu dərhal baş məşqçi postundan uzaqlaşdırmaq qərarına gəlib. İqor Tudor mövsümün sonuna qədər, yəni Klublararası Dünya Çempionatının sonuna kimi komandaya rəhbərlik etməyə hazır olduğunu təsdiqləyib.

Onun müqaviləsinə komanda Çempionlar Liqasına daxil olarsa, müqaviləni daha bir il, 2026-cı ilin iyun ayına qədər uzatmaq variantı (avtomatik deyil, klub üçün birtərəfli) olacaq.

Rəhbərliyin Mottaya inamı hələ “Fiorentina” ilə oyundan (0:3) itib. Onu may ayında deyil, indi işdən çıxarmaq qərarı Çempionlar Liqasını əldən vermək və ən azı 60 milyon avro itirmək qorxusundan irəli gəlirdi ki, bu da klubun büdcəsinə ölümcül zərbə olardı.

Mövsümün sonuna qədər çağırışı qəbul edə bilən və bu cür əməkdaşlıq şərtləri ilə razılaşmağa hazır olan məşqçi tapılan kimi istefa mexanizmi işə salındı”, - Skira sosial şəbəkələrdə yazıb.

Hazırda Turin komandası dördüncü pillədə qərarlaşan “Bolonya”dan bir xal geri qalaraq, turnir cədvəlinin beşinci pilləsindədir. Komanda artıq Çempionlar Liqası və İtaliya Kubokundan kənarlaşdırılıb, PSV və “Empoli”yə uduzub.

İqor Tudor hazırda klubsuzdur. O, əvvəllər “Latsio” və bir sıra digər komandaları çalışdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar

Zidan yenidən  "Real"ı idarə edə bilər

Zidan yenidən "Real"ı idarə edə bilər

24 mart 2025 , 17:31
Lamin Yamal Millətlər Liqasında rekord qırdı

Lamin Yamal Millətlər Liqasında rekord qırdı

24 mart 2025 , 10:00
 Millətlər Liqası : Türkiyə Macarıstanı darmadağın etdi

Millətlər Liqası: Türkiyə Macarıstanı darmadağın etdi

23 mart 2025 , 23:33
Futbol veteranı Çingiz İsmayılov vəfat etdi

Futbol veteranı Çingiz İsmayılov vəfat etdi

23 mart 2025 , 21:43
İqor Tudor “Yuventus”da - RƏSMİ

İqor Tudor “Yuventus”da - RƏSMİ

23 mart 2025 , 20:51
"Barselona"nın lideri  "Qızıl top"u qazanmaq   şanslarından DANIŞDI

"Barselona"nın lideri "Qızıl top"u qazanmaq şanslarından DANIŞDI

23 mart 2025 , 15:58
Azərbaycan millisi Haitiyə uduzdu

Azərbaycan millisi Haitiyə uduzdu

23 mart 2025 , 00:02
Ən bahalı heyəti olan milli komandalar - REYTİNQ

Ən bahalı heyəti olan milli komandalar - REYTİNQ

22 mart 2025 , 15:00