Yamalın atası oğlunun Messi ilə FOTOSUNU  yaydı
08 iyul 2024 10:40 (UTC +04:00)

Yamalın atası oğlunun Messi ilə FOTOSUNU yaydı

"Barselona"nın və İspaniya millisinin cinah hücumçusu Lamin Yamalın atası sosial şəbəkədə oğlu kiçik olanda Kataloniya klubunun keçmiş futbolçusu Lionel Messi ilə fotosunu paylaşıb.

Lent.az xarici KİV-ə istinadla xatırladır, Messi 2002-2021-ci illərdə Kataloniya klubunun sistemində olub. Bu müddət ərzində argentinalı hücumçu "Barselona"nın böyüklər komandasının heyətində 778 oyunda iştirak edib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.

16 yaşlı Yamal 2021-ci ildən “Barselona”nın sistemindədir. Bu müddət ərzində o, “Barselona”nın böyük komandasında 51 oyunda iştirak edib, 7 qol vurub və 10 məhsuldar ötürmə edib. Hazırda hücumçu 2024-cü il Avropa çempionatında İspaniya millisinin heyətində çıxış edir.

İspaniya millisi Almaniyanı məğlub edərək yarımfinala vəsiqə qazanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2049
avatar

Oxşar yazılar